Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib

img

12-01-2026 [12:18]


Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qeydə alınıb.

Birinci kurs tələbəsi 2008-ci il təvəllüdlü Röyal Bayramovun səhhəti dərs vaxtı anidən pisləşib. Hadisə yerinə təcili yardım maşını çağırılsa da, onun öldüyü məlum olub.

İlkin məlumata görə, tələbə ürəktutmadan həyatını itirib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA