Nizamidə dərəbəylikdir: Agaclar bu dəfə kimə qurban verilib? - Açıqlama + Video

img

10-01-2026 [15:26]


Xəbər verdiyimiz kimi Nizami rayonunda  qanunsuz tikinti işləri aparılıb...

Mia.az bizimesr.az portalına istinadən bildiriir ki, Nizami rayonu Məhəmməd Şərifli küçəsində ərazi dəmir hasara alınaraq qanunsuz inça işləri aparılıb. Tikinit işlərinə yüksək vəzifəli məmur himayədarlıq edir. Lakin həmin obyekti ona yaxın şəxs tərəfindən işlədildildiyi bildirilir. Məsələnin araşdırması ilə bağlı qurumlara sorğu göndərilib.

Verilən məlumatalara görə ərazidə  həmişəyaşıl ağacların kəsilməsidə iddia olunur. Həmçinin tikinti aparılan ərazidə irigövdəli yaşıl ağac inşa olunmuş obyektin içinə salınıb. Bu isə  hüquq-mühafizə orqanlarının araşdırması səlahiyyətindədir. 

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən  və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Nizami rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır. Nizami rayon İcra Hakimiyyətindən və aidiyyatı qurumlardan heç bir münasibət öyrənmək mümkün olmadı. Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq.

***
Videogörüntüdə qeyd olunan faktları dəqiqləşdirmək üçün Nizami Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarovla əlaqə saxladıq. Sektor müdiri bildirdi ki, sözgedən ərazidəki tikinti ilə bağlı araşdırma aparılacaq və məlumat veriləcək. 

Həmin görüntüləri təqdim edirik...


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:08 10.01.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA