Müğənnini "Maybach"da qarşılayan icra başçısından 163 min manatlıq "alış-veriş": vedrə, xəkəndaz, zibil torbaları və

img

07-01-2026 [15:39]


Xətai Rayon İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən müxtəlif növ malların satınalınması üzrə keçirilən tender müsabiqəsinin qalibi "Everest-2022" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Mia.az 32gün.az-a istinadla xəbər verir ki, məbləği 163.466,46 AZN təşkil edən müqavilənin bağlanması gözlənilir.

Müqavilə çərçivəsində kommunal xidmətlərin təşkili və həyətlərin saxlanılması məqsədilə kərmək həyət üçün alətlər, vedrə, xəkəndaz (zibil yığımı üçün), zibil torbaları, benzinlə işləyən ağackəsənlər, bel çalov kiçik, bel ucu iti və sairə mal-materiallar satın alınacaq. Qeyd olunan malların gündəlik təsərrüfat işlərində istifadə olunması, təmizlik və yaşıllıqlara qulluq proseslərinin daha operativ həyata keçirilməsini təmin etməsi nəzərdə tutulur.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmaya görə, bu tender rayonun mənzil-kommunal infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımlardan biridir və yerli icra qurumunun tabeliyində olan birliklərin maddi-texniki bazasının yenilənməsinə xidmət edir.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "Everest-2022" MMC ilə bağlı şirkətin nizamnamə məlumatları, qanuni təmsilçisi və digər detalları barədə əlavə araşdırma aparılır/32gün.az.

Xatırladaq ki, Xətainin icra başçısı Rafiq Quliyev 10 gün əvvəl vəzifəsinin mahiyyətini unudaraq, idman geyimində oolan müğənni Röya Ayxanı rəsmi qarşılamaqla yanaşı, ona hesabat verməsi ilə böyük ajiotaj yaratmışdı.

Həmin xəbəri buradan izləyə bilərsiniz:

https://mia.az/w1094236/icra-bascisi-idman-geyimindeki-mugenniye-hesabat-verirnbsp-bu-dovlet-erkani-ve-atributlarina-hormetsizlik-deyilmi-video-fotolar-yenilenib-2025-12-31-093217


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA