Gürcüstanda toyda azərbaycanlılar bir-birini qana bulayıb - Ölənlər var

img

07-01-2026 [11:40]


Gürcüstanın Qardabani bələdiyyəsinin Qara Təhlə kəndində baş verən mübahisə 1 nəfərin ölümü, 4 nəfərin ağır xəsarətlər alması ilə nəticələnib.

Mia.az Aktual.ge-yə istinadən xəbər verir ki, hadisə yanvarın 5-i axşam saatlarında kənddə keçirilən toy mərasimi zamanı başlayıb, daha sonra kafedə davam edib.

Məlumata görə, Fail Əliyev və Aydın Məmmədov adlı şəxslər arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. Daha sonra A.Məmmədovun övladları F.Əliyevin evinə hücum ediblər. Qarşıdurma zamanı Fail Əliyevin oğlu üç nəfəri bıçaqlayıb.

Xəsarət alan şəxslər ərazini tərk edərkən avtomobillə F.Əliyevin üzərindən keçiblər. Nəticədə o, hadisə yerində keçinib.

Yaralanmış digər şəxslər Rustavidəki xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA