Deputatla Mehman Hüseynovun namizədliyi ləğv olunacaq? - Video qalmaqalı

img

04-02-2020 [10:07]


Deputatlığa bir namizədin digərini şirnikləndirmək cəhdinə dəlalət edən audioyazı ilə əlaqədar Dairə Seçki Komissiyasına müraciət etmək lazımdır. Ciddi qanun pozuntusu əlamətləri göz önündədir. 

Mia.az xəbər verir ki, bu barədə Turan-a  MSK-dakı mənbə anonim qalmaq şərtilə bloger Mehman Hüseynovun audioyazı yaymasını şərh edərkən bildirib.

Xatırladaq ki, bu yazıda onun parlament seçkilərində rəqibi, əvvəlki çağırış parlamentin deputatı Fərəc Quliyev seçkilərdən çəkilməsi üçün ona pul təklif edir.

Bundan başqa, cinayət tərkibi olduğuna görə iş prokurorluq tərəfindən araşdırılmalıdır. Eyni zamanda, mənbə bildirib ki, son nəticədə hər iki tərəfin qeydiyyatı ləğv oluna bilər, belə ki, hər iki tərəfin məsuliyyəti var.

Amma mənbə hansı addımların atılacağını əvvəlcədən deməkdən çəkinib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA