Şeyma Subaşı ifadəsində etiraf etdi: "Narkotik qəbul edirəm"

img

07-01-2026 [00:07]


Bir neçə gün əvvəl İstanbul hava limanında narkotik ittihamı ilə saxlanılan Acun Ilıcalının 36 yaşlı keçmiş  həyat yoldaşı, sosial media fenomeni Şeyma Subaşı İstanbul prokurorluğunda şok ifadə verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, ifadəsində digərlərindən fərqli olaraq, narkotik maddə qəbul etdiyini gizlətməyib.

Məlumata görə, buna baxmayaraq, o, saç, qan və dırnaqdan narkotestə göndərilib.

Xatırladaq ki, narkotestdən sonra Şeyma Subaşı ölkədən çıxışa qadağa qoyulmaqla, ev dustaqlığına buraxılıb. Narkotestin rəsmi cavabı isə hələ açıqlanmayıb.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA