"O cavan oğlan cinayətkara imkan vermədi təyarəyə girsin" - AZAL hüquq müdafiəçisinin qızının paylaşdığı insidentlə bağlı açıqlama yaydı
06-01-2026 [12:22]
Yanvarın 5-də Praqa beynəlxalq hava limanında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıya uçuş həyata keçirən təyyarəsi ilə bağlı insidentin qarşısını aviaşirkətin ekipajı alıb.
Mia.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, Praqa–Bakı marşrutu üzrə uçuşdan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb. Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin qarşısı vaxtında alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətlərini ekipajı dayandırıb.
Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır.
Xatırladaq ki, insidentə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlını qızı Mətanət Əzizova canlı şahidlik edib.
Bu barədə o, sosial media səhifəsində aşaıdak yazını yazıb:
"Bu gün çox emosional gün oldu.
Praqa aeroportunda Praqa- Bakı (AZAL) reysinin gözləmə zalından bir kişi, yoxlamadan keçmədən, qanunsuz trapa daxil olub və təyarə tərəfə getdi. Hay küy düşdü, cinayətkar heç kəsə tabe olmurdu. Onun məqsədi sərnişinlərdən qabaq təyarəyə girmək idi.
Umumi onu dayandırmaq üçün 30 dəq ərzində aeroportun təhlükəsiz xidməti, çox sayda polis, 10na yaxın qara maskalılar cəlb olundu, sonra itlər, xususi qurğular və s.
Əsl holivud filmlərdəki kimi.
Nəysə, cinayətkar həbs olundu və əminəm ki onu çoxmüddətli həbs gözləyir.
Əsas mövzu isə bu deyil.
Əsas, bilirsiz kim birinci cinayətkarın qarşına çıxdı? Kim onu təyarəyə girməyə qoymadı?
AZALın bortprovodniki. Baxmayaraq ki ona qarşı ciddi fiziki güc tətbiq edilirdi, əməlli başlı “бой без правил”idi, inanırsız polis gələnə qədər o cavan oğlan cinayətkara imkan vermədi təyarəyə girsin.
Bunu niyə yazdım?
AZALdan xaiş etmək istəyirəm bu günkü reysdə işləyən hər kəs mükafatlandırılsın. Əsas da o qarabuğdayı qəhrəmanımızı.
Öncədən təşəkkürlər".
MİA.AZ
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb
İraq valisindən İranın hücumuna reaksiya: "3-cü Dünya Savaşının astanasındayıq" - "Kürdlər bu müharibəyə qarışmamalıdır"
Gedson geri dönür - İllik 3 milyon avro maaşa
İRANA QARŞI MÜHARİBƏ: 2 mindən çox hədəf vurulub - İran isə ərəb ölkələrindəki hədəflərə zərbə endirir
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub