"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
31-12-2025 [09:23]
Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncamla Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov vəzifəsindən azad olunub. O, bu vəzifədə cəmi 48 gün çalışıb.
İndi hamını bir sual maraqlandırır. E.İbrahimov hansı səhvə yol verib ki, belə qısa müddətdən sonra etimadı itirib, işdən çıxarılıb. Müxtəlif versiyalar səsləndirilir: rüşvət almaq, kadr dəyişiklikləri sahəsində səhvə yol vermək və s. E.İbrahimov Nəsimi rayonuna rəhbərlik etdiyi qısa müddətdə bir neçə kadr dəyişikliyi edib. Onlardan birı də icra başçısının müavini Ramiz Quliyevi vəzifəsindən azad etməsi idi. O, 4 il idi bu vəzifədə çalışırdı.
Mia.az xəbər veirr ki, Ramiz Quliyev “Yeni Sabah”a müsahibəsində baş verənlərlə bağlı sualları cavablandırıb.
– Ramiz müəllim, Elxan İbrahimov Sizi vəzifədən azad edəndə bunu nə ilə əsaslandırdı?
– Dedi yollarımızı ayıraq. Mən də cavab verdim ki, ayıraq da.
– “Yollarımızı ayıraq” məsələsini necə əsaslandırdı?
– Mənə əlavə heç nə demədi. Axşam idi, dedi yolumuzu ayıraq, məsləhət belədi. Mən də dedim baş üstə. Mən dava edən deyiləm ki. Amma haqq yerini tapdı. Yazırlar ki, oradan-buradan pul alıb və s. Nəsə var ki, yazırlar da. İndi çıxıb əsas gətirsin görək məni niyə işdən çıxarıb? Bəlkə nəsə iş görmüşdüm?
– İşdən çıxarılmağınızla bağlı əmr tam olaraq hansı tarixdə verilib?
– Məni ayın 9-10-u çıxarıb. Məlumat bir qədər gec yayıldı.
– İşdən çıxarılmağınıza reaksiyanız necə oldu?
– Mən Hacı adamam, Allaha tapşırdım. Sağ olsun cənab Prezident, haqq yerini tutdu. Biz hardasa 18-20 gün bir yerdə işlədik. Mən 20 il Bakı Şəhər İcra Hakimiyyətində işləmişəm. 4 ildən çoxdur ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışam. Ondan da öncə Su İdarəsində işləmişəm. Mənim 60 yaşım var. Özüm idmançı olmuşam. 2019-cu ildə Prezident tərəfindən “İdmanda fərqlənməyə görə” diplomu ilə təltif olunmuşam. Belə pis olsaydım, cənab Prezident məni təltif etməzdi. Allah bilən məsləhətdir.
– Bəs Elxan İbrahimovun 48 gündən sonra vəzifədən azad olunmasını necə qiymətləndirirsiniz?
– Vallah bu haqda bir söz deyə bilmirəm. Bəlkə başqa məsələlər var, bilmirəm. Burda yox idim. İstanbula dincəlməyə getmişdim. Dedim beynim bir az açılsın.
– Beyniniz açıldımı?
– Xeyli vaxt idi istirahət etmirdim. Beynim yaxşı açıldı.
– İstirahətə görə yoxsa sizi vəzifədən azad edən Elxan İbrahimovun işdən çıxarılması xəbərindən?
– Haqq-ədalətin öz yerini tutacağına əmin idim. Siz mənim yerimdə olsaydınız, necə edərdiniz? Durduğum yerdə gecə vaxtrı çağırıb deyir ki, ərizəni yaz çıx. Belə halla üzləşən adamın bunu edənə münasibəti necə olar? Mən həyatda insanlığımla, adamlığımla yaşayıram.
– Gecə vaxtı deyəndə yəni iş bitən vaxtı deyirsiniz?
– Bəli.
– Orada bir məsələ də oldu, Elxan İbrahimov Ceyhun İsmayılovu özünə köməkçi təyin etdi, heç bir ay çəkmədi işdən çıxardı. Bu nə ilə bağlı idi?
– Mən onu görmədim, deyəsən, onu mənim yerimə hazırlayırdı, Kürdəmirdən ona görə gətirmişdi.
– Köməkçisini müavin qoymaq istəyirdi?
– Hə, ona görə gətirmişdi
– Amma sonra da işdən çıxardı…
– Yəqin günahları var idi ki, çıxardı. Amma biz bunun səbəbini bilmirik nədir, nə ediblər.
– Siz 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmisiniz?
– 2019-cu ildə iştirak etmişəm. Cənab prezident mənə fəxri fərman verib, amma bu il olmamışam. Bundan başqa “Tərəqqi” medalı ilə təltif olunmuşam. Nazirlərdən mükafat, medal almışam, idman sahəsində çox mükafatlarım var. Respublikaya medallar qazandırmışam. 10 dəfə də Həcc ziyarətində olmuşam. Özü də qrup rəhbəri olmuşam. Elə bil Allah-təala tərəfindən mənə dedilər ki, sən rəhbər olmalısan. 9 dəfə avtobusla, bir dəfə təyyarə ilə getmişəm Həccə.
– Ramiz müəllim, yenidən Nəsimi Rayon İcra Hakimiyyətindəki vəzifənizə qayıtmaq istəyərdiniz?
– Mən kiməm ki?! Qismət Allahındır.
– İşdən çıxandan sonra sizə zənglər oldumu? Dedilərmi ki, bizim üçün gözlənilməz oldu?
– Bakı şəhərinin 80 faizi məni tanıyır. Nə deyə bilərəm? Üzdə olan adam olmuşam. İdman sahəsində işləməyim, Hacı olmağım, işləməyim…hamı tanıyır məni. Zəng vuranların hamısı heyfslənir ki, niyə sən?
– Doğurdan da niyə siz?
– Adamə yandıran da budur. Biri var mən başçının tapşırıqlarını yerinə yetirməyim – bu zaman günah özümündür. Biri də var sən 10-15 gündür gəlmisən, deyirsən, dur get burdan. Özü də kiçik vəzifə deyil. Camaatla işləyən mən olmuşam, bütün qəbulları mən aparmışam, şəhid ailələrinə kömək eləmişəm. Qazilər gəlib-gedib, yola vermişəm. Bu, haqsızlıqdır, axı.
– Sizə icra başçısının hər hansı tapşırığı olmuşdu?
– Yox, verməmişdi. Demək istədiyim budur ki, əgər o, mənə tapşırıq versəydi, mən yerinə yetirə bilməsəydim, o zaman deyərdim ki, səhvim var. Amma mənə heç nə deməyib axı.
Nə tapşırıq vermişdisə, bir saatın içində icra eləmişdim. Məsələn, deyirdi ki, səki sökülüb. Bir-iki saatın içində Mənzil Kommunal -Təsərrüfatın əməkdaşlarına düzəltdirib, şəklini atıb deyirdim ki, həll elədik. Harda su axıntısı, kanalizasiya axıntısı olurdusa, hamısını şak-şak həll edib, şəklini özünə atırdım. Özünün də xoşuna gəlirdi. Nə oldu, başa düşmədik nə oldu. Həyatdı da…
– Kimisə çıxarmaq xatirinə sizi çıxartdı?
– Onu artıq deyə bilmərəm.
– Necə hesab edirsiniz, Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olduğu müddətdə onun cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola biləcək hərəkətlərə yol verib?
– Mən görməmişəm. Yalan da deyə bilmərəm. Mən onu elə də çox görmədim axı.
– Yeni iş təklif və varinatları varmı?
– 15-20 gündür işdən çıxarılmışam. Əmrimi gec verdilər. Hələki iş təklifi filan yoxdur. Mən bu barədə heç kimə heç nə deməmişəm. Məndə bir xasiyyət var, əgər kimsə mənimlə işləmək istəmirsə, sağ olsun. Mən heç kimə gedib yalvaran deyiləm. İşləmək istəmirsə, onu nəyəsə məcbur etməyəcəm ki. Rəis mənə deyəcək ki, ərizəni yaz çıx get, deyəcəm baş üstə.
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun
Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs olunub