15-09-2014 [15:04]
Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) "Bilik günü” münasibətilə universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşü keçirildi. Görüşdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Asim Mollazadə, Xanlar Fətiyev, Cavanşir Feyziyev, universitetin prorektorları, fakültə dekanları, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak edirdi.
ADU-nun akt zalında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yeni tədris ili münasibətilə professor – müəllim heyətini, tələbələri təbrik etdi.
Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutan Azərbaycan Dillər Universitetinə daxil olan tələbələrə uğurlar arzulayan rektor Səməd Seyidov 15 sentyabr "Bilik günü”nün Azərbaycanda, o cümlədən Azərbaycan Dillər Universitetində şərəfli bir gün kimi qeyd olunduğunu dedi.
Rəhbərlik etdiyi ali təhsil ocağının yaranması tarixi, universitetdə fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat verən rektor bildirdi ki, Azərbaycan Dillər Universitetində dünyanın 20-dən çox aparıcı dilləri tədris olunur: "İndi yalnız Azərbaycan Dillər Universitetinin timsalında hər bir tələbə dünyanın müxtəlif dillərini öyrənmək imkanına sahibdir. Bu gün ADU-da 20-dən çox xarici dil tədris olunur. Onların içərisində dünyanın ən aparıcı dilləri- ingilis, fransız, alman, italyan, ispan, Koreya, yapon, Çin, ərəb, bununla yanaşı müxtəlif başqa dillər-Skandinav dilləri, Polyak dili, macar dili və başqa dillər də universitetdə mövcuddur. ADU-da, o cümlədən müxtəlif mədəniyyət və dil mərkəzləri fəaliyyət göstərir. Bu gün Azərbaycan Dillər Universiteti mədəniyyət mərkəzinə çevrilmiş ali məktəbdir”.
Universitetdə 6000-dən çox istedadlı tələbənin təhsil aldığını söyləyən ADU-nun rəhbəri universitet tələbələri ilə fəxr etdiyini dedi.
Təhsillə elmin yanaşı addımladığını diqqətə çatdıran rektor Səməd Seyidov ən yüksək səviyyəli professor-müəllim heyətinin də ADU-da çalışdığını bildirdi və tələbələri peşəkarların biliklərindən yararlanmağa, fəal olmağa, elmi məqalələr yazmağa və universitetin Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etməyə çağırdı.
ADU-da aparılan islahatlardan söz açan rektor Səməd Seyidov universitetin təmir olunduğunu və avadanlıqların yeniləndiyini də tələbələrin diqqətinə çatdırdı. Azərbaycan Dillər Universitetinin tələbələrinin beynəlxalq tədbirlərdə yüksək səviyyədə təmsil olunduğunu söyləyən rektor burada oxuyan tələbələrin yaradılmış imkanlardan istifadə edərək dünyanın ən aparıcı ali məktəblərinin professorlarının mühazirələrini dinləyə biləcəklərini vurğuladı: "Bu gün Azərbaycan Dillər Universiteti Böyük Britaniya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları, İtaliya, Norveç və digər ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir, tələbə-müəllim mübadiləsi həyata keçirilir”.
ADU-nun Pedaqoji fakültəsinə 677 balla qəbul olan Gülşən Heydərova, Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Esseks Universitetini fərqlənmə diplomu ilə bitirmiş Nərmin İsmayılova, 661 balla Tərcümə fakültəsinin tələbəsi adını qazanan Şahanə Məmmədlinin atası Elçin Məmmədli çıxış edərək universitetdə yaradılan şəraitdən razılığını ifadə ediblər.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Asim Mollazadə, Cavanşir Feyziyev tələbələrə uğur arzuladılar.
Daha sonra yüksək balla universitetə daxil olmuş tələbələrə tələbə biletləri və qiymət kitabçaları, həmçinin qiymətli hədiyyələr təqdim olundu.
Görüş ADU-nun himninin səslənməsi ilə başa çatdı.
Qeyd edək ki, 2014/2015-ci tədris ilində ADU-ya 1465-ə yaxın bakalavr, 200-ə yaxın isə magistr qəbul olunub. Bu il qəbul planını 1665-ə yaxın tələbə təşkil edib.
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Ekspert AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı