"Fənərbağça" prezidentinin saç testi açıqlandı - Kokain aşkarlandı

img

24-12-2025 [11:01]


Narkotik qəbulunda ittiham olunan "Fənərbağça" Klubunun prezidenti Sadettin Saranın test nəticəsi açıqlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən ekspertizaya göndərilən Sadettin Saranın saç nümunəsindən kokain testi müsbət çıxıb.

Məhkəmə Tibbi Ekspertizası İnstitutunun açıqladığı nəticəyə əsasən, qan, sidik və dırnaq nümunələrinin test nəticələri isə mənfi olub.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA