İsrail Qəzzaya 26.000 yardım maşınını buraxmayıb - 73 gün ərzində

img

22-12-2025 [22:07]


İsrail atəşkəs razılaşmasından bəri son 73 gündə Qəzza zolağına 26 mindən çox yardım dolu TIR-ları buraxmayıb.

Mia.az xarici mətbuata istnadla xəbər verir ki bu barədə Qəzza hökuməti bəyanat yayıb.

Bildirilib ki, 10 oktyabrda HƏMAS və İsrail arasında əldə edilən atəşkəs razılaşmaya baxmayaraq, qarşı tərəf atəşkələ yanaşı, humanitar yardım məsələsində də anlaşmaya tam olaraq əməl etmir: "İsrail 10 oktyabrdan bəri razılaşmanı 875 dəfə pozub. Nəticədə 411 fələstinli həlak olub, 1112 nəfər yaralanıb. Hücumların 265-i mülki şəxslərə birbaşa hücum olub. Bundan başqa, son 73 gündə bölgəyə göndərilən yardımlardan cəmi 41 faizi Qəzzaya buraxılıb.  Halbuki İsrail Qəzzaya gündəlik 600 yardım yük maşınının daxil olmasına icazə verməli idi. Ancaq  Qəzzaya çatmalı olan 42.800 yük maşınından yalnız 17.819-u bölgəyə daxil ola bilib, qalan  təxminən 26.000 yük maşını bloklanıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA