Müsavat şadlıq saraylarıyla danışıqlar aparır - Açıqlama

img

15-09-2014 [12:32]


"Müsavat qurultayını keçirmək üçün partiyanın yaxınlığındakı şadlıq sarayları ilə danışıqlar aparır”. 

Bunu AzNews.az-a açıqlamasında Müsavat başqanlığına namizəd Arif Hacılı deyib. O, bildirib ki, bu danışıqların nəticəsində yekun qərar veriləcək: "Bu danışıqların nəticələri bəlli olduqdan sonra yekun qərar veriləcək. 
Əgər bu danışıqların nəticəsi olmasa, yəqin ki, Bakı Şəhər İcra Hakimiyyətinin təklifi ilə razılaşmalı olacağıq”. 

Qeyd edək ki, Bakı Şəhər İcra hakimiyyəti Müsavat Partiyasına qurultay keçirmək üçün Əmircanda yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evini təklif edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA