Mirmahmud Mirəlioğlu Milli Şuranın sonuncu sessiyasına qatılmayıb

img

15-09-2014 [12:00]


Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu və müavinləri Milli Şuranın sonuncu sessiyasına qatılmayıblar.

Ötən gün Milli Şura üzvlərindən birinin ofisində baş tutan sessiyada ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

VHP Ali Məclisinin sədri Rafiq ManaflıAPA-ya açıqlamasında deyib ki, sessiyada müəyyən şəxslərin iştirak etməməsinə baxmayaraq, yetərsay təmin olunub.

Sessiyada KXCP sədri Mirmahmud Mirəlioğlu, sədrin müavini Xəzər Teyyub, Ali Məclisin sədri Bəybala Əbil iştirak etməyiblər.

X. Teyybulu və B. ƏbilAPA-ya açıqlamalarında sessiyada iştirak etməmələrinin səbəbini Bakıdan kənarda olmaları ilə əsaslandırıblar.

M. Mirəlioğlu isə bu barədə danışmaq istəməyib.

Milli Şuranın mətbuat xidmətinin rəhbəri, KXCP sədrinin müavini Oqtay Gülalıyev isə M. Mirəlioğlunun sessiyada iştirak etməməsi ilə bağlı Milli Şura rəhbərliyinə hər hansı məlumat vermədiyini deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA