Hafiz Hacıyev: “Onların hamısını daş-qalaq edəcəyik”

img

15-09-2014 [11:49]


"Əli Kərimlinin "məktəbindən” çıxmış Səid Nurinin biabırçı videogörüntülərini gördükdən sonra bəlli oldu ki, biz hələ belə şeylərin çox şahidi olacağıq”. Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev AXCP fəalı Səid Nurinin oteldə çəkilmiş pozğun videogörüntülərinə münasibətini bildirərkən deyib.
MMP sədrinin sözlərinə görə, əslində belə hadisələri görərkən bir daha sübut olunur ki, AXCP sədri Əli Kərimli və onun ətrafı nəninki Azərbaycan dövlətçiliyinə qarşı, eyni zamanda uzun əsrlərdən bəri formalaşmış Azərbaycan mentallitetinə qarşı da səfərbər olunublar: "Bunların məqsədi məhz belə işlərdən ibarətdir. Məgər buna bənzər hadisələrə AXCP-də azmı rast gəlmişik? Məgər AXCP-də Səid Nuri olayı fövqəladə bir hadisədirmi? Şəxsən mən bundan təəccüb-filan hissləri keçirmirəm”.
Hafiz Hacıyev digər AXCP fəalı Kəmalə Bənənyarlının da videogörüntüsünü xatırladaraq deyib ki, hazırda Əli Kərimlinin ətrafında məlum səbəblərə görə ərə getməyən qadınlar, məlum səbəblərə görə ailəsindən uzaq düşən kişiciyəzlər kifayət qədərdir: "Belələrini isə biz daş-qalaq edəcəyik. Çünki belələri Azərbaycanın sağlam düşüncəli, sağlam ruhlu yeniyetmə və gənclərini öz şərəfsizlikləri və mənəviyyatsızlıqları ilə zəhərləyə bilərlər. Onların hamısı bu cəmiyyət üçün təhlükə mənbəyidir”.
MMP sədri Səid Nurinin ABŞ vətəndaşlığına arxalanmasnı əbəs adlandırıb: "Bu gəda elə bilir ki, ABŞ vətəndaşı olmaqla o nə istəsə, kimin haqqında istəsə edə və danışa bilər. Baxın nə deyir! Deyir ki, bura onun ölkəsidir və istədiyi qədər bura gəlib-gedəcək. Əgər buranı öz ölkəsi hesab edirsə, niyə vətəndaşlıqdan imtina edib, qaçıb Amerikaya? Qalardı burada və axıra kimi dayanardı. Demək onun quyruğu qapı dalında qalan kimi, ölkə amili yaddan çıxır. Bur də ki, belələrinin Azərbaycanda yaşamaması daha yaxşıdır. Getsin "qoluboyların” haqlarını müdafiə edən ABŞ-da rüsvayçı əməlləri ilə məşğul olsun”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA