"Muradı Sabirabad polisində bir saat döyüblər..." - Vəkil

img

13-09-2014 [18:51]


Bu gün Kürdəxanı həbsxanasında saxlanan AXCP fəalı Murad Ədilov vəkili Yalçın İmanovla görüşüb. Vəkilin sözlərinə görə, Murad özünü yaxşı hiss edir, mənəvi-siyasi durumu çox yüksəkdir: " O, həbsini, eləcə də digər həbslərin real səbəbini tam aydınlığı ilə başa düşür, ona görə çox təmkinlidir. Seymur Həzinin həbsi ilə xüsusi maraqlandı, ona görə çox hiddətlidir.

Murad ona qarşı irəli sürülən ittihamı tam rədd edir, deyir ki, onun cibinə narkotiki qandallayandan sonra polislər qoyub. Daha sonra isə onu Sabirabad polisində bir saat döyüblər və həbsini qardaşına-Natiq Ədilova görə həyata keçirdiklərin deyiblər”.

O, əlavə edib ki, Muradın saxlanma şəraitindən narazılığı yoxdu, kamera yoldaşları ilə mehriban keçinirlər. Gündəlik vaxtını əsasən qəzet, kitab mütaliəsinə xərcləyir.

Bu gün Muradın qardaşı, "Azadlıq" qəzetininin əməkdaşı Natiq Güləhmədoğlu da onunla qiyabi də olsa təmas qurub. Muradın yanına sovqat aparan Natiq Güləhmədoğlu deyir ki, ənənəvi olaraq ondan qısa məktub alıb. 

" Məktubda mənim üçün sevindirici olan Muradın iki gündür siqareti atması barədə yazdığı oldu. Adətən türməyə, çətin bir duruma düşənlər təskinlik üçün siqaretə başlayır, Murad tərsini edib. Arzu edirəm ki, sonadək bunu bacarsın”.

azadliq.info


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA