Tovuzda "iki qoçun başı bir qazanda qaynamadı" - "Sabah" qalib gəldi (VİDEO)

Tovuzda "iki qoçun başı bir qazanda qaynamadı" - "Sabah" qalib gəldi (VİDEO)

İDMAN

13.12.2025, 18:26

Misli Premyer liqasının 15-ci turunun ilk oyunları keçirilib.

Mia.az xəbər verir ki, turun ilk oyunu artıq bitib və Şamaxıda "Şamaxı" klubu "Zirə"ni məğlub edib.

Daha sonra isə Tovuz rayonunda "Turan-Tovuz" komandası "Sabah"ı qəbul edib.

Oyunda "Sabah" qalib gəlib. Bakı komandası 69-cu dəqiqədə 3-cü qolu atanda isə tovuzlular öz baş məşqçilərini istefaya çağırıblar.

81-ci dəqiqədə "Turan" hesabı azaldıb - 3:1.

Oyun bu hesabla bitib.

Beləliklə, Tovuz komandası öz meydanında ağır məğlubiyyətlə üzləşib.

***

Turnir cədvəlində bir-biriylə yarışan klubların oyunu daha çox nüfuz dartışması hesab edilir. Hərçənd "Sabah" 28 xalla 2-ci pillədə hörmətini qoruyur, amma 5-ci pillədə qərarlaşan "Turan" 24 xalının üzərinə daha 3-nü əlavə etməyi şübhəsiz ki, çox istəyərdi.

Hələ ki, oyun meydan sahiblərinin məmnun etməyən atmosferdə keçir: qonaqlar birinci hissənin 30-cu dəqiqəsində "Sabah"dan 20 nömrəli Coy Lens Mikels "Turan"ın qapısından bir qol keçirib.

Qeyd edək ki, yarışın baş hakimi Əliyar Ağayevdi. Ona Zeynal Zeynalov və Akif Əmirəli yardım edir.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR