Ərdoğanın Türkmənistana səfəri başlayıb

img

11-12-2025 [22:38]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana səfəri başlayıb.

Onun təyyarəsi Aşqabad Beynəlxalq Hava Limanına eniş edib.

Burada Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi baş tutub.

Ərdoğanı Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Məmmədxan Çakıyev və Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok qarşılayıb.

Qeyd edək ki, Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri, enerji və təbii ehtiyatlar naziri, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri müşayiət edir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA