"Konyaspor" həbs olunan oyunçusunun müqaviləsinə xitam verdi

"Konyaspor" həbs olunan oyunçusunun müqaviləsinə xitam verdi

İDMAN

12.12.2025, 09:05

"Konyaspor" Türkiyə Futbol Federasiyasına (TFF) mərc oyunları ilə bağlı istintaq çərçivəsində həbs edilən Alassane Ndaonun müqaviləsinə xitam verildiyini bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prokurorluq tərəfindən aparılan futbol mərcləri istintaqı çərçivəsində, Alassane Ndao da daxil olmaqla 20 şübhəli haqqında həbs qərarı verilib.

Bu hadisələrdən sonra Konyaspor Alassane Ndaonun müqaviləsinə xitam verdi.

Xatırladaq ki, o, 2023-24 mövsümünün ara transfer pəncərəsində "Konyaspor"a keçid etmişdi.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR