MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"

MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"

CƏMİYYƏT

08.12.2025, 09:37

Pirəkəşkül və Ağdərədə 8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR