"Əgər jurnalist başqa ölkənin ərazilərinə qanunsuz baş çəkirsə,..." - Nazirdən sərt reaksiya

img

12-09-2014 [10:03]


Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət regionun başqa ölkələrindən, hətta Avropadan da daha yaxşıdır.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın XİN rəhbəri ilə görüşün sonunda keçirilən mətbuat konfransında bildirib.

"İnsan hüquqları və demokratik dəyərlərin pozulmasında Azərbaycanı ittiham etməzdən əvvəl mən Avstriya jurnalistlərinə regionun və hətta Avropanın başqa ölkələrində insan hüquqları ilə bağlı vəziyyətlə tanış olmağı məsləhət görərdim. Avropa Birliyinin fundamental prinsiplərindən biri qanunun aliliyinə hörmətdir. Əgər jurnalist başqa ölkənin ərazilərinə qanunsuz baş çəkirsə, onda bu qanun pozuntusundur", - deyə Elmar Məmmədyarov Azərbaycanın avstriyalı jurnalistə vizanın veriməməsini şərh edərkən bildirib.

E.Məmmədyarov deyib ki, avstriyalı jurnalisti Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər edib və ona vizanın verilməsindən imtina bununla bağlıdır:

"Hamı başqa ölkələrin qanunlarına hörmət etməlidir və Avropa institutlarının arxasında gizlənməməlidir".

Öz növbəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurts qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərinə onun ölkəsinin jurnalistinin səfəri qanunsuz idi: "Mən Azərbaycan tərəfinin narahatlığını anlayıram. Azərbaycanın işğal edilmiş ərazilərinə Avstriya jurnalistinin səfəri qanunsuzdur".
Trend 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA