Putin: "Əgər Avropa müharibəyə başlasa, Rusiya buna hazırdır"

img

02-12-2025 [19:36]


Avropa Ukrayna üzrə sülh planına Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür.

Bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

Rusiya lideri Moskvada ABŞ nümayəndələri ilə görüşdən əvvəl Avropanı sülh razılaşmalarını pozmağa cəhd göstərməkdə ittiham edib.

"Avropa özü Ukrayna nizamlanmasından kənara çəkildi. Onların sülh gündəliyi yoxdur və hazırda ABŞ-nin nizamlanma səylərinə mane olurlar. Avropa Ukrayna üzrə sülh planına Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür. Rusiya Avropa ölkələri ilə müharibə aparmaq niyyətində deyil, amma əgər Avropa müharibəyə başlasa, Rusiya buna hazırdır və onda Moskvanın danışıqlar aparacağı tərəf qalmayacaq," – deyə Putin bildirib.

Eyni zamanda o, Avropanın Ukrayna ilə bağlı danışıqlara qayıda biləcəyini istisna etməyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:35 02.12.2025

Bölgələrə qar yağır

12:21 02.12.2025

Sabah yağış yağacaq

12:06 02.12.2025

AZAL yenilik edib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA