Yeni rektordan Şəmsəddin Hacıyeva daha bir zərbə, deputatın qızı universitetdən getdi

img

11-09-2014 [18:58]


Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva Azərbaycan Dövlət İqtisad Universitetində 2011-ci ildə yaradılan və dekanı olduğu Xüsusi İstedadlar Fakültəsinin fəaliyyətinə xitam verilib.

Mia.az publika.az-a istinadən xəbər verir ki, Çeşmi Hacıyeva özü isə Azərbaycan Dövlət İqtisad Universitetində tutduğu vəzifəsindən gedib.

Xüsusi İstedadlar Fakültəsinin yerinə isə Təhsil Nazirliyinin göstərişi ilə Sabah qrupları yaradılır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA