Sosial Xidmətlər Agentliyinin tenderi ləğv olunub - Qardaşın bacıs ilə sövdələşməsinə görə

img

28-11-2025 [17:08]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin tenderi ləğv olunub.

Bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.

Bildirilir ki, Agentlik Salyan rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və Şəhid ailələri üçün mənzillər tikməyi planlaşdırıb.

Belə ki, sözügedən qurum 9 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı mənzilin inşasını reallaşdırmaq fikrində olub. Bunun üçün 1 milyon 258 min 425 manat pul ödəməyə də hazır olub. Lakin Anti İnhisar və İstehalak Bazarına Nəzarət Dövlət Agentliyi “Dövlət satınalmaları haqqında” qanunun 36.1.-ci maddəsinin tələbinin pozulması səbəbindən tenderin nəticəsini ləğv edib.

Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin adı bir qədər əvvəl ofis icarəsi məsələsində qalmaqala qarışmışdı. Belə ki, Agentliyin rəhbəri Vüqar Behbudovun öz bacısından ofis icarəyə götürməsi faktı üzə çıxmışdı.

Tribuaninfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 28.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA