MƏMUR ATALARINI "İŞƏ SALAN" ƏRKÖYÜN ÖVLADLAR: onlar kimlərdir? - FOTOLAR
28-11-2025 [12:20]
Azərbaycanda vəzifəli şəxslərin, deputatların övladlarının davranışları vaxtaşırı ictimaiyyətin müzakirə obyektinə çevrilir. Son günlər deputat Günay Ağamalının qızı olduğu deyilən şəxsin boynunda xaç asaraq rəqs etdiyi görüntüləri paylaşması yada bənzər hadisələri salır.
Günay Ağamalı açıqlama verərək sözügedən qızın onun övladı olmadığını bildirsə də, Azərbaycanda məmur övladlarının davranışları, yaşam tərzi və nümayişkaranə addımları ilə bağlı nümunələr çoxdur.
Ataların bir misalı var: “Fərsiz övlad əldə altıncı barmaq kimidir, kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər”.
Mia.az xəbər verir ki, bununla bağlı “Qafqazinfo” maraqlı araşdırma hazırlayıb:
Bakının keçmiş meri, daha sonra isə Baş nazirin müavini olmuş Hacıbala Abutalıbovun da ailəsində oxşar hadisə yaşanıb. Belə ki, İsrafil Abutalıbovun bir zamanlar radikal dini qruplardan biri ilə yaxınlaşdığı və həyat tərzini buna uyğun qurduğu iddia edilirdi. Yazılanlara görə dəbdəbəli həyatdan əl çəkən İ.Abutalıbov evdə valideynləri ilə mübahisələr edir, onu başa düşmələrini istəyirdi. Daha sonra onun əvvəlki radikal dini baxışlardan uzaqlaşaraq yenidən atasının biznesinin idarə olunmasında fəal iştirak etməyə başladığı deyilirdi.

Baş nazirin digər sabiq müavini Əli Həsənov da vaxtilə nəvəsinə görə mətbuatın gündəmində olub. Belə ki, Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci il avqustun 3-də idarə etdiyi “Gelandewagen” markalı avtomobillə 2 nəfərin ölümü, 2-sinin isə xəsarət alması ilə nəticələnən qəza törətmişdi. Hadisədən sonra nəvə həbs olunmuş, baba isə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirmişdi.

Övladına görə vəzifəsini itirən məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Onun oğlu Vüqar 2013-cü ildə “Hammer” markalı maşınla qəza törədib, hadisə yerinə toplaşan insanların ünvanına təhqiramiz ifadələr işlətmişdi. Bundan sonra eks-nazirin oğluna məxsus “Çıraq” hoteli və onun bir neçə bahalı avtomobili yandırılmışdı. Hadisədən 10 ay sonra Füzuli Ələkbərov nazir vəzifəsi ilə vidalaşmışdı. İsmayıllının ovaxtkı icra başçısı Nizami Ələkbərov (Füzuli Ələkbərovun qardaşı) da vəzifəsindən azad edilmişdi.
.jpg)
Yaxın günlərdə övladı ilə bağlı müzakirələrə yol açan digər rəsmi isə Elman Nəsirovdur. Belə ki, deputatın ilk nikahından olan övladı sosial şəbəkədə video yayaraq atasını ona yardım göstərməməkdə ittiham edib. Parlamentarinin qızının sözlərinə görə, 4 yaşı olanda valideynləri ayrılıb və o, anası ilə birgə yaşayıb. 26 yaşlı xanım deyib ki, E.Nəsirov indiyədək onunla maraqlanmayıb, hətta toyunda da iştirak etməyib. Millət vəkili isə cavabında ilk nikahdan olan qızına ata-babadan 3-4 ev qaldığını bildirib.

Prezident Administrasiyasının sabiq rəhbəri, “boz kardinal” Ramiz Mehdiyev isə 2020-ci ildə ölkədə koronavirusa görə karantin rejimi tətbiq olunduğu halda, Novxanıda bağ evində qız nəvəsinə dəbdəbəli toy etdiyi üçün müzakirə obyektinə çevrilmişdi. Nəticədə həmin ildəki sanitar-epidemioloji vəziyyətin qaydalarına əməl etməyən məmur qonaqlar belə cərimələnmişdi.

Sabiq müdafiə sənayesi naziri, hazırda isə Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini olan general-polkovnik Mədət Quliyev də oğlu ilə sınanan məmurlardandır. Onun oğlu Murad Qulubəyli tez-tez qlamur həyatı ilə müzakirə yaradır. Belə ki, M.Qulubəylinin sosial şəbəkələrdə paylaşdığı fotolar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov isə “ayıyeyən” oğlu Anarla gündəmə gəlmişdi. Hadisə 2010-cu ildə baş verib. Belə ki, məmur oğlu dostları ilə Qəbələdəki restoranların birində qəfəsdə saxlanılan ayını kəsdirərək kabab edib yemişdilər. Həmin dönəmdə bu hadisə geniş rezonans doğurmuşdu.

İqtisadiyyat nazirinin müavini, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev də oğluna görə müzakirə olunan məmurlardandır. Belə ki, 2019-cu ildə nazir müavinin oğlu Rəşad Abdullayevin İbiza adasında 1.3 milyon dollarlıq “Richard Mille 50-03 McLaren F1” markalı saatının oğurlanması gündəm yaratmışdı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucov da oğlu sarıdan qınanılan məmurlardandır. Övladı Rüstəm sürətli idarəetməyə görə ona irad bildirən avtobus sürücüsünü təqib edərək döymüşdü. Sürücünün şikayətindən sonra haqqında cinayət işi açılan məmur oğlu həbsə getmiş, atası isə işdən çıxarılmışdı.

Övladına görə vəzifəsindən olanlardan biri də Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovdur. Eks-rektor 2018-ci ildə səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesinə görə vəzifəsindən azad edilib. Anar Məhərrəmov özü isə 2021-ci ildə səfir kimi geri çağırılıb.
Məlumata görə, ovaxtkı rektorun oğlu Azərbaycandan İspaniyaya uçan təyyarədə şərab dolu çəlləklər aparılıb və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılıb. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılıb.
.jpg)
Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq rəisi Qüdrət Şükürovun vəzifədən azad edilməsi də övladı ilə bağlı olub. Onun 2017-ci ildə ikinci dəfə ailə həyatı quran qızı Ayselə 400 min dollarlıq toy etməsi ciddi rezonans yaratmışdı. Bloqer kimi fəaliyyət göstərən Aysel Şükürova bu hadisə haqda sual ünvanlayan jurnalistə söyüşlə cavab vermişdi.

Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundov 2014-cü ildə “ziyafətlər kralı” kimi tanınan oğlu Murada görə gündəmə gəlib. Murad Axundovun sosial şəbəkələrdəki paylaşımları, öz ətrafı ilə Lacivərd sahillərdə, Marbelyuda, Dubayda əylənməsi, klubda “Crystal” şampanına bir neçə min dollar ödəməsi ictimaiyyətdə böyük müzakirə yaratmışdı.

Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda millət vəkili olan Asif Əsgərovun oğlu İlham Əsgərli də ağır avtoqəza törədib. 2014-cü ildə baş verən qəzada “McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin avtomobildə olan oğlu Sənan Mirzəyev həyatını itirib. Hadisəyə görə İlham Əsgərli həbs olunsa da, onun məhbus həyatı uzun sürməyib. İ.Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli səhhəti ilə bağlı azadlığa çıxmışdı.

Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun adını daşıyan yeniyetmə nəvəsinin çəkdiyi videolar da cəmiyyəti narahat edib. Nəvə Afiyəddinin 2024-cü ildə paytaxtın mərkəzində yaşlı qadını qucağına alması gündəm yaradan hadisələrdən olub.

IV çağırış Milli Məclisin deputatı Ayaz Orucov isə oğlunun özbaşınalığına görə mandatından olub. Oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli “Gelandewagen”dən “Nissan Juke” markalı maşına 8 dəfə atəş açmışdı. Bu hadisədən sonra Ayaz Orucovun deputatlıq fəaliyyəti sonlandırmışdı.

Sabirabadın sabiq başçısı Nazim İsmayılovun da kiçik oğlu törətdiyi qəza ilə diqqət mərkəzinə düşüb. 2014-cü ildə atasının “Prado” markalı xidməti avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki “VAZ 06” markalı “Jiquli”ni əzib. Maşınlardan biri yararsız hala düşüb.

Eks-deputat İqbal Məmmədov da oğlu ilə gündəmə gələn məmurlardan olub. Belə ki, 2019-cu ildə Lerikdə İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzinə gələn polis və vergi işçilərini sabiq deputatın oğlu Mirhəmid və onun qohumları döyüblər. Həmin şəxslər bu hadisədən sonra həbs olunsa da, bir neçə ay sonra azadlığa çıxıblar.

Nuranə Daxilqızı
Onkologiya sahəsini monopoliyaya alan deputata bağlı şirkət: 11 ayda 103 milyon pul və... - Şok iddialar
Cümşüd Nuriyev: "Bu, Tahir Kərimli ilə mənim aramda olan mövzudur"
Qulu Məhərrəmli "Şirməmməd Hüseynov mükafatı"nın qalibi olub
Bələdiyyə sədri deputatla atasını məhkəməyə verdi
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi keçirilib - MN-dən açıqlama
AĞDAMA DAHA 48 NƏFƏR KÖÇÜRÜLDÜ
1-ci sinif şagirdi məktəbdə ölüb
Sabah yağış yağacaq
Ukrayna Prezidenti Ofisinin rəhbərinin evində axtarış aparılıb
Rusiya prezidentindən Vitkovla Uşakovun mediaya sızıdrılan danşıqlarına qəzəbli reakisya: "Bu, cinayətdir, Lavrova gəldikdə isə..."
İlham Əliyev Albaniya prezidentinə məktub göndərib - MƏTN
FƏRDİ SAHİBKARLARIN DİQQƏTİNƏ: məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş məbləğləri dəyişir - DETALLAR
Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı
Putin danışıqlara elə şərh verdi ki... - "Ukrayna hökuməti ilə müqavilə imzalamağın mənası yoxdur"
44 il əvvəl Papaya sui-qəsd edən Mehmet Ali Ağca.. - Bu dəfə yeni Papa ilə Bursada görüşmək istədi, ancaq...
Ankarada kütləvi zəhərlənmə olub - 153 nəfər xəstəxanaya üz tutub
Əhməd İsmayılov: "İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk"
Almaxanımdan Xəzər TV-də iştirak etdiyi verilişin yarımçıq dayandırılması barədə - Açıqlama
ZƏNGİLANA NÖVBƏTİ KÖÇ OLUB
Onlayn qumar, mərc oyunları və bank kartları... - Kiberpolislər 8 nəfəri qandalladı
Azərbaycan neftinin qiyməti 66 dolları ötdü
Bu gün vəkil olmaq istəyənlər imtahan verəcək
Avropa Liqası: "Fənərbağça" "Ferensvaroş"la bacarmadı
İraqda qaz yatağına hücum olub - Rəsmi Ankara hərəkətləndi
ABŞ-la Venesuela müharibənin astanasında - Prezident döyüş təyyarələrinə "hazır olun" əmrini verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MEDİA-nın icraçı direktoru Özbəkistan nümayəndə heyəti ilə görüşüb
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Şərurda yük maşını 75 yaşlı qadını vuraraq öldürüb
Ukrayna Rusiyaya 14 mülki şəxsi təhvil verib
Ukraynanın müdafiə naziri Brüsseldə NATO Baş katibi ilə görüşəcək
İordan çayının Qərb sahilində gərginlik - Bir nəfər güllələnib
"Fənərbağça"lı iki oyunçu eyni komandaya gedir
Nadir köpəkbalığı növü sahilə "vurdu", camaat doğrayıb ətini daşıdı - Üç dəqiqə içində (FOTTO)
Köpəkbalığı qadın parçalayıb - Avstraliyada
Yeni icra başçısı tələbələrlə görüşüb
BMT-dən hesabat: "Bu ölkədə 21 milyondan çox insan aclıq çəkir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İstanbula güclü yağış yağacaq - Xəbərdarlıq
İndoneziyada təbii fəlakət: 61 nəfər ölüb