Azərbaycan liqasında çıxış edən 3 qardaşdan biri: "Bizim aramızda yalnız bir söhbət gedir ki..." - VİDEO

img

28-11-2025 [17:43]


"Zirə"nin 28 nömrəli oyunçusu Leroy Mikels bu gün "Kəpəz"lə oyunda ilk və maraqlı qolun müəllifi olub.

Mia.az xəbər verir ki, futbolçunun zərbəsi ayın ən yaxşı qolu iddiasına sahibdi.

Qeyd edək ki, Almaniya vətəndaşı olan Mikelslər 3 qardaşdır və üçü də Azərbaycan klublarında oynayır.

Digər 2 qardaş "Sabah" və "Karvan-Yevlax" klubunda çalışır.

Mia.az-ın əməkdaşı "Zirə"də sol cinah yarımmüdafiəçisi, bugünki qolun müəllifi olan Leroy Mikelsdən qardaşları ilə rəqib olaraq oyunlarda üz-üzə gəlmənin onda necə hisslər yaratdığını soruşub.

L.Mikels cavabında deyib ki, bütün qardaşların  Azərbaycan klublarında təmsil olunması və bizim çempionatda oynamasına sevinir: "Bizim hazırda aramızda yalnız bir söhbət gedir ki, kim daha çox qol vuracaq".

Zülfiyyə Mustafayeva 
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 28.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA