Almaxanımdan Xəzər TV-də iştirak etdiyi verilişin yarımçıq dayandırılması barədə - Açıqlama

img

28-11-2025 [10:10]


Xəbər verdiyimiz kimi, ötən gün Xəzər TV-də yayımlanan "İncə səhər" proqramı gözlənilmədən yarımçıq dayandırılıb.

Mia.az xəbər verir ki, sözügedən efirin qonaqları arasında müğənni  Almaxanım Əhmədli də olub.

Xanəndə vəziyyətlə bağlı sosoial media səhifəsində yazıb ki, bəzilərinin "Almaxanıma görə veriliş dayandırıldı" iddiası doğru deyil.

Qeyd edək ki, Xəzər TV bu gün efirə gedən "İncə səhər" verilişinin yarımçıq dayandırılması ilə bağlı bunları açıqlamışdı:

"Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb. Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb. Fayl "playout" sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihazsəviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA