Ceyhun Bayramov “Napoli”-"Qarabağ" matçını stadiondan izləyib, daha sonra isə... - FOTOLAR

img

26-11-2025 [10:29]


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Napoli”-"Qarabağ" matçını stadiondan izləyib.

Mia.az xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov görüş başa çatdıqdan sonra klubun rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb.

Görüş zamanı C. Bayramov komandanın son illərdəki inkişaf dinamikası xüsusi qeyd edib.

Nazir vurğulayıb ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır. Ceyhun Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb.

Xatırladaq ki, XİN başçısı C.Bayramov dünəndən İtaliyada rəsmi səfərdədir.

Fərid

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA