Məşhur müğənni Hülya Avşar prokurorluğa verilib - Fahişəliyi təbliğ etdiyi üçün (FOTO)

img

26-11-2025 [10:02]


Türkiyənin məşhur müğənnisi, hazırda aparıcılıq da edən Hülya Avşar "pis yerdə axşamlayıb".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni Hülya Avşar və verilişinə dəvət etdiyi sosial media fenomeni Merve Taşkından prokurorluöa rəsmi şikayət olunub.

Məlumata görə, şikayətdə müğənni Hülya Avşarın verilişdə fahişəliyi təbliğ etməsi, Merve Taşkının isə tez-tez seksual pozalar verməsi və bunun davamlı reklamı cəmiyyətə açıq hörmətsizlik və əxlaqsızlığın yayılmasına stimul kimi qabardılıb: "Şikayətdə hər iki şəxsin cəzalandırılması ilə yanaşı, həmin verilişin Youtube"dəki yayımının bloklanması tələb olunub".

Hülya Avşar isə şikayətə reaksiyasında özünə haqq qazandırmağa çalışıb: "Həmin verilişi o cür təqdim etməyimizin səbəbi sosial medianın gənclərə qarşı bəzi təhlükələrinə diqqət çəkmək və maarifləndirmək idi. Buna görə də, bunu əxlaqsızlığın təşviq deyil, xəbərdarlıq kimi yozmaq gərəkdir. Açığı, mən buna görə də, əslində təşəkkür gözləyirdim..."

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA