Almaniyanın ölkəmizdəki səfiri "Veysəloğlu"nun Mərkəz ofisində "Rossmann"ı ziyarət etdi - FOTOLAR
25-11-2025 [17:42]
Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann, onun müavini Theresa Lünemann və assistenti Xalidə Tağızadə Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Rossmann” mağazalar şəbəkəsinin qonağı olublar.
Mia.az-ın məlumatına görə, görüş VŞQ-nin Mərkəz ofisində baş tutub. Əvvəlcə qonaqlar ofisdəki iş mühiti ilə yaxından tanış olublar. Daha sonra tərəflər arasında dəyirmi masa formatında görüş keçirilib.
Görüşdə Azərbaycanda fəaliyyət göstərən “Rossmann” mağazalar şəbəkəsini Baş direktor Məmmədqulu Süleymanlı, maliyyə departamentinin müdiri İsmayıl Nəcəfquluzadə, marketinq rəhbəri Rəşad Alxanov və biznesin inkişaf direktoru Əlövsət İsmayılov təmsil ediblər. Görüşdə həmçinin “Rossmann”ın daxil olduğu VŞQ-nin mətbuat xidməti direktoru Məhəmmədəli Qəribli və korporativ kommunikasiyalar direktoru Sənubər Nəzərova iştirak ediblər.
Səmimi atmosferdə keçən görüş zamanı “Rossmann”ın Baş direktoru Məmmədqulu Süleymanlı ümumi Şirkətlər Qrupu və rəhbəri olduğu biznes subyekti barədə ətraflı videotəqdimat edib.
Səfir Ralf Horlemann səmimi qəbula və təqdimata görə təşəkkürünü bildirib. O qeyd edib ki, ölkəmizdə işə başladığı ilk gün Bakıda “Rossmann” mağazalarını görəndə böyük qürur hissi keçirib və özünü sanki doğma evdəki kimi hiss edib. Səfir “Rossmann” məhsullarının Azərbaycan əhalisi tərəfindən necə qarşılandığı ilə maraqlanıb, eyni zamanda alman keyfiyyətinin ölkəmizdə bu qədər geniş təqdimatından məmnunluğunu ifadə edib. O əlavə edib ki, Almaniya istehsalı olan bir çox məhsulların Azərbaycanda baha satıldığının şahidi olsa da, “Rossmann” mağazalarındakı münasib qiymətlər onu yaxşı mənada təəccübləndirib.
Baş direktor Məmmədqulu Süleymanlı öz növbəsində səfirin diqqətinə çatdırıb ki, buna ölkədəki biznes mühitinin şəffaflığı və hər kəs üçün yaradılmış bərabər rəqabət imkanları hesabına nail olurlar. O həmçinin bildirib ki, daxil olduqları VŞQ-nin ümumi strategiyası daha əlçatan qiymətlərlə məhsul təklif etməkdir və “Rossmann” da bu yanaşmanı rəhbər tutur.
Görüşün sonunda Məmmədqulu Süleymanlı səfirə Azərbaycan və Almaniya bayraqlarının əks olunduğu xüsusi hədiyyə təqdim edib və xatirə fotoları çəkdirilib.
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib