Rusiya XİN başçısı: "Rusiya Avropa ilə danışıqlar masasına oturmağa tələsmir"

img

26-11-2025 [00:11]


"Böyük Britaniya və ABŞ Avropanı manipulyasiya edir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov "Fransa-Rusiya Dialoqu" Assosiasiyasının YouTube kanalına müsahibəsində deyib.

O, kanala müsahibəsində Fransanın Rusiyaya qarşı hazırkı mövqeyini də tənqid edib: "Təəssüf ki, Fransa uzun müddətdir Rusiyaya qarşı dürüst deyil. Ümumiyyətlə, Avropa siyasətçiləri həmişə Rusiyaya zərər verməyə və bizi Ukraynada strateji məğlubiyyətə uğratmağa çalışıblar. Bu siyasətçilər həmişə müharibənin uzun müddət davam etməsinə oynayıblar. Təəssüf edirəm ki, bu oyunun mərkəzində Fransa da var".

Lavrov bildirib ki, Rusiya Avropa ilə danışıqlar masasına oturmağa tələsmir.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA