Çempionlar Liqası: bir qol, bır qırmızı kart... - "Qalatasaray" Belçika komandasına uduzdu (Yenilənib)

img

25-11-2025 [23:41]


Bu gün UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində "Qalatasaray" İstanbulda Belçikanın "Union Saint-Gilloise" komandasını qəbul edib.

Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21.45-də başlayan matça İstanbul komandası itkilərlə çıxıb.

Belə ki, komandanın nigeriyalı hücumçusu Viktor Osimhen zədə, Eren Elmalı isə mərc oyunlarında iştirakına görə cəza aldığı üçün heyətdən çıxarılıb.

Oyunda ilk hissə başa çatıb.

56-cı dəqiqədə qonaqlar hesabı açıblar - 0:1

88-ci dəqiqədə Arda Ünyay qırımızı kartla "Qalatasaray"ı azlıqda qoyub.

Matç bu hesabla başa çatıb.

Qeyd edək ki, bu oyundan sonra "Qalatasaray" 9 xalda qalıb., Belçika komandası isə xalını 6-ya yüksəldib.

Fərid ASLAN

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA