Türkiyənin bu şəhərində 600-dək qəbr yeri qazıldı - Səbəb + FOTOLAR

img

21-11-2025 [00:05]


Türkiyənin Ərzurum şəhərində 600-dək qəbr yeri qazılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda Ərzurum Böyükşəhər Bələdiyyəsi açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, üzü qışa getdiyi üçün indidən vəfat edənlərin ailələrinin işlərini yüngülləşdirmək üçün bu addım atılıb: "Bilirsiniz ki, şəhərimizdə qış çox sərt keçir, şaxta -25 dərəcəyə düşür və bu da torpağın dondurduğu üçün qəbr qazılması çox çətinləşir. Üzü qışa doğru havaların sərtləşməsini nəzərə alaraq, təxminən 600-dək qəbr yeri hazırladıq..."

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA