Daha bir siyasiyə qadağa qoyuldu

img

10-09-2014 [20:41]


Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevin ölkədən çıxmasına qadağa qoyulub. 


E. Quliyevin APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində ölkəni tərk etməmək barədə qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Eldəniz Quliyev bir neçə gün əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə Azərbaycan polisi ilə bağlı sərt ifadələr yer alıb.   

Bundan sonra daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib. Hazırda həmin şikayət əsasında məhkəmə prosesi davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA