"Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o..." - "Məqsədimiz müəllimin saat 6-ya qədər məktəbdə qalması deyil"
20-11-2025 [22:51]
"Yeni mexanizmin məqsədi müəllimin saat 6-ya qədər məktəbdə qalması demək deyil".
Mia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "İTV"də yayımlanan "Diqqət Mərkəzi" proqramında deyib.
O bildirib ki, məqsəd həm də müəllimin daha geniş fəaliyyət imkanlarının olmasıdır: "Hazırda "tam ştat müəllim" anlayışı yalnız 30–36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir, amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30–36 saatlıq iş modeli kimi görürük. Bu model müəllimə hansı imkanları yaradır? Müəllim yalnız 18–24 saat dərs deməklə kifayətlənməməlidir. Bu dərs yükündən savayı, o, şagirdlər, məktəb və təhsilin keyfiyyəti üçün əlavə fəaliyyət göstərə bilər. Başqa bir müəllimin dərsinə daxil olub müşahidə apara bilər, həmkarına metodik tövsiyələr verə bilər, çox yaxşı müəllimdirsə, gənc müəllimlərə mentorluq edə bilər, şagirdlərin əlavə fəaliyyətləri ilə bağlı metodik təkliflər verə bilər, sinifdənkənar işlər təşkil edə bilər, müxtəlif müsabiqələr, olimpiadalar hazırlaya bilər, idman müəllimidirsə, məktəb turnirləri təşkil edə bilər. Bu fəaliyyətlər hazırda faktiki olaraq edilir, amma ödənişsiz edilir. Məsələn, idman müəllimi məktəbdə turnir keçirir, amma biz bu işə maaş vermirik. Niyə? Çünki onun iş saatı yalnız dərs yükünə hesablanır. Yeni modeldə isə bu fəaliyyətlərə görə ödəniş ediləcək".
Nazir hesab edir ki, müəllimin məktəbdə daha çox vaxt keçirməsi və gördüyü əlavə işlərin ödənməsi Azərbaycanın təhsilinə yalnız müsbət təsir göstərəcək: "Məsələn, idman müəllimi istedadlı uşaqlarla daha çox işləyə biləcək, əlavə məşğələ və sınaqlar təşkil edəcək, onların inkişafına real töhfə verəcək".
Nazirin sözlərinə görə, mərhələli şəkildə 20 min tamştat müəllim vəzifəsi yaradılacaq: "Müəllimimizin oturmağa yeri belə yoxdur. Ən yaxşı halda öz sinfi olan müəllimlərimiz var, onların da dərs saatı çoxdur. 12-13 saat dərsi olan müəllimin öz iş otağı yoxdur. Buna görə də müəllimin rifahını yüksəldək deyəndə, ilk növbədə, maaşını yüksəldək, daha sonra işə aidliyini, motivasiyasını yüksəldək və iş şəraitini yaxşılaşdıraq deyirik".
E.Əmrullayev bildirib ki, tam ştata keçən müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan iki dəfə çox olarsa və 20 min müəllim bu əməkhaqqını alarsa, təhsildə köklü islahatların başlanğıcı qoyulacaq: "Tam ştatlı müəllim həftəlik 30-36 saat işləyəcək, onun 18-24 saatı tədrislə məşğul olacaq. Təbii ki, bu bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Çünki biz kiçik məktəbləri bu sistemə keçirə bilməyəcəyik, söhbət böyük məktəblərdən gedir".
***
"Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o, mənim üçün müəllim deyil".
Bunu elm və təhsil naziri Emin Əmrullayev "İTV"də yayımlanan "Diqqət Mərkəzi" proqramında deyib.
"Əgər müəllim 6 sinifdə dərs deyirsə və düşünürsə ki, hər sinifdən 15 uşaq repetitorluğa müraciət edəcək və onun da həyat səviyyəsi yüksələcək, bu adam mənim üçün müəllim deyil. Müəllim məktəbə gəlir, əməkhaqqını alır, amma onun əvəzini birbaşa sinifdə verməlidir. Kim istəsə, dərsdən sonra özəl sektorda işləyə bilər. Bu hər bir vətəndaşın hüququdur. Amma dövlət sektorunda çalışan müəllimin əsas məqsədi şəxsi qazancını artırmaq yox, məktəbə və uşaqlara xidmət etmək olmalıdır. Əgər kimsə bu prinsipləri pozursa və özəl qazancı məktəbin qarşısında üstün tutursa, o zaman bu, müəllimlik mövqeyi deyil. Çünki müəllimlik vicdan, münasibət və məsuliyyət tələb edən bir peşədir", - nazir bildirib.
E.Əmrullayev qeyd edib ki, müəllimdən əsas gözlənti uşağa olan münasibətlə ölçülür: "Biz heç vaxt demirik ki, müəllim sertifikasiyada mütləq 60 bal toplamalıdır. Məsələ sadəcə balda deyil. Məsələn, müəllim hər gün bir uşağa 5 bal, digərinə 10 bal qazandırır. Bu, fəaliyyətin simvolik tərəfidir. Məktəb müəllimindən əsas gözlənti yüz faiz biliklə yox, uşağa olan münasibətlə ölçülür. Bizdə həyatını məktəbə və şagirdlərə həsr edən insanlar var. Məhz bu cür müəllimləri tapıb məktəbə qaytarmaq istəyirik"(Report).
Atatürkü təhqir edən dindar qandallandı - FOTO
Türkiyənin bu şəhərində 600-dək qəbr yeri qazıldı - Səbəb + FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Klublar Birliyi bəyanat yaydı - "Mərc oyunları təkcə Türkiyə futboluna deyil, həm də..."
"Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o..." - "Məqsədimiz müəllimin saat 6-ya qədər məktəbdə qalması deyil"
Sarayda dəhşətli ailə faciəsi: oğul anasına 11 bıçaq vurub
Bakıda iki şəhidin məzarı qarət edənlər tutuldu - “Tək təsəllimizi aparıblar” (VİDEO, YENİLƏNİB)
Yeni partiya yaradacaq? - Dəmirtaşdan açıqlama
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident paramenti buraxdı - Hökumətin yeni tərkibinə görə
Fred: "Artıq xal itirməyə haqqımız yoxdur"
Bakıda D-8 Media Forumu keçiriləcək - MEDİA məlumat yaydı
Deputatla spiker arasında maraqlı dialoq - "Qəzet yazırsınız?"
Sənətçilərlə mətbuat katibi efirdə üz-üzə gəldi: "Dedilər ki, “sən keçdin “qara siyahı”ya, çünki..."- “Mənim nazirlə heç bir qərəzim yoxdur" (VİDEO)
Nazir müşavirinə yeni vəzifə verdi - KTN-də daha bir təyinat
Türkiyə futbolunda qumar oyunu: daha 637 futbolçu cəzalandırıldı - "Beşiktaş"n iki oyunçusu...
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarıldı
Prezident İlham Əliyev sərəncam imzaladı
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları artdı - Bir həftə içində
Vüqar Məmmədov ev dustaqlığına buraxılmayıb - Məhkəmə prosesi
İndoneziyada vulkan püskürüb - 178 alpinist xilas edilib
Mikayıl Cabbarov İsraildə - XİN başçısı ilə görüşdü (FOTO)
Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirilib
Xocalıya növbəti köç olub
İki bitərəf deputat YAP-a üzv gözlənilir
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə edildi
AFFA 6 komandaya texniki məğlubiyyət verib
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Hadrut qəsəbəsinə növbəti köç olub
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
Türkiyədə zəlzələ olub
Sabah hava necə olacaq? - Proqnoz
İsrail Qəzzada bir evi vurub - Ölənlər var
Deputat: "Bəzi dövlətlərdə konsulluqlarımız açılmalıdır"
Rəqsanənin vəkili: "Zərərçəkənlərlə hər hansı problem qalmayıb"
COP30 çərçivəsində Azərbaycana vacib missiyalar həvalə olunub