Rəqsanənin vəkili: "Zərərçəkənlərlə hər hansı problem qalmayıb"

img

20-11-2025 [11:46]


"Zərərçəkən tərəfə borc məbləğimiz qalıbsa, bunu ödəyəcəyik".

Mia.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev müdafiə etdiyi tərəfin ev dustaqlığına buraxılmasını şərh edərkən deyib.

Vəkil "Zərərçəkən tərəf iddia edir ki, Rəqsanə xanım ev dustaqlığına buraxılması üçün vəkili vasitəsilə onlarla əlaqə saxlayıb. Bu doğrudur?" sualına belə cavab verib:

"Açığı, bununla bağlı məlumatım yoxdur. Sadəcə zərərçəkənlərlə razılıq əldə olundu. Aramızda hər hansı problem qalmayıb. Qarşı tərəfə borc məbləğimiz qalıbsa, bunu ödəyəcəyik. Lakin hazırkı məqamda müdafiə etdiyim tərəfin cinayət işinin maraqları naminə ödənilən məbləğin miqdarını açıqlaya bilməyəcəyəm. Onu qeyd edə bilərəm ki, Rəqsanə xanımın ev dustaqlığı həbsinin qalan hissəsini əhatə edəcək".

Vəkil əlavə edib ki, zərər tam ödənildikdən sonra Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər.

"O, ev dustaqlığı dövründə müğənniyə hər hansısa məhdudiyyət tətbiq olunub?" sualına isə cavab vermək istəmədiyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA