Nazir müşavirinə yeni vəzifə verdi - KTN-də daha bir təyinat

img

20-11-2025 [17:37]


Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Mia.az qaynarinfo-ya istinadla xəbər verir ki, nazir Məcnun Məmmədovun müvafiq əmri ilə Fərid Nəcəfov qurumun İnsan Resursları Departamentinin müdiri təyin edilib.

Qeyd edək ki, Fərid Nəcəfov 2023-cü ilin dekabr ayından sonuncu vəzifəsinə kimi nazirin kadr məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Yeri gəlmişkən, nazir Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin baş direktoru Fəda Abbasovu da vəzifədən azad edib. Onun postunu isə  Mühasir Abdullayevə tapşırıb.

Həmin xəbərlə bu linkdən tanış ola bilərsiniz:

https://mia.az/w1092231/ktn-de-deyisiklik-nazir-direktoru-cixardi-vezifenin-icrasinbspkime-hevale-olunub-2025-11-20-172727

Samir MUSAYEV
MİA.AZ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA