Eldəniz Quliyevi gözlənilmədən məhkəməyə çağırdılar

img

10-09-2014 [17:04]


Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev DİN rəhbəri Ramil Usubovun iddiası haqqında iş üzrə təcili olaraq Nəsimi Rayon Məhkəməsinə çağırılıb.

"Mənə polisdən zəng ediblər və bu gün (sentyabrın 10-da) saat 17:30-da Nəsimi Rayon Məhkəməsinə çağırıblar.

Məhkəmədə həbs-qətimkan tədbiri məsələsinə baxılacaq”, - deyə Quliyev "Turan"-a bildirib.

Xatırladaq ki, Quliyev avqustun 20-də öz facebook səhifəsində yol polisinin əməllərini tənqid edib. DİN rəhbəri bunda bütünlükdə polisə qarşı təhqir və böhtan görərək, polisin şərəf və ləyaqətinin müdafiəsi haqqında iddia qaldırıb.

Sentyabrın 8-də məhkəmə linqvistik ekspertiza təyin edib. Quliyev hesab edir ki, bu cinayət təqibi siyasi motivlidir və onun Ziyalılar Birliyinin rəhbəri və Milli Şuranın üzvü kimi ictimai-siyasi fəaliyyəti ilə bağlıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA