Azərbaycanı İzmirdə bu qız təmsil edəcək- Fotosessiya

img

09-09-2014 [11:12]


Azərbaycanı "Miss Exclusive of the World -2014” gözəllik yarışmasında Tamilla Həmidova təmsil edəcək.

"Qafqazinfo”nun məlumatına görə, sentyabrın 13-də İzmirdə " Miss Exclusive of the World-2014” beynəlxalq top model müsabiqəsinin dünya finalı keçiriləcək.

Bu haqda məlumat verən təşkilatçı Aqil Məmiyev ölkəmizi 22 yaşlı model Tamilla Həmidovanın təmsil edəcəyini bildirib:

"Tamilla 2 gündür ki, ölkəmizi təmsil etmək üçün Türkiyənin İzmir şəhərindədir. "Miss Exclusive of the World 2014” yarışına hazırlıq tam sürətlə davam edir . Hazırda iştirakçılar bir-birin tanıyır, müxtəlif oyunlar oynayır və birlikdə vaxt keçirirlər. "Miss Exclusive of the World- 2014” müsabiqəsində dünyanın 33 ölkəsindən qızlar iştirak edir”.

Qeyd edək ki, final Bakı vaxtı ilə saat 23:00-da "Kral TV”də canlı yayımlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR