Qarabağla bağlı yeni sülh sazişi - Nazir açıqladı

img

09-09-2014 [09:33]


Cavid Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşünün baş tutduğu gündə qarşı tərəfə girov düşüb. Həmin Uels danışıqları ilə bağlı isə bu gün yeni təfərrüatlar ortaya çıxıb. Burda danışıqlar zamanı Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər iki ölkənin xarici işlər nazirlərinin yenidən görüşünə qərar verilib. Və bu ayın sonun planlaşdırılan görüş Nyu-Yorkda baş tutmalıdır.

ANS TV-nin məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib ki, Amerika tərəfi böyük sülh sazişilə bağlı təkliflə çıxış edib: 

"Deyə bilərəm ki, konstruktiv baxımından belə bir təklif səsləndirilib. Artıq vaxt çatıb ki, biz böyük sazişin üzərində həm Ermənistan, həm də həmsədrlərlə birgə işlərə başlayaq. Keçiriləcək görüşlər Madrid prinsiplərinin üzərində qurulacaq".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA