Ermənilərin Tərtərdə girov götürdüyü 15 yaşlı uşaqla bağlı daha bir xəbər

img

08-09-2014 [14:50]


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Ermənistan silahlı qüvvələrinin avqustun əvvəlində təmas xəttində törətdiyi təxribatlar və 15 yaşlı azərbaycanlı Cavid Məmmədovun girov götürülməsi ilə bağlı müzakirə aparılacaq və məruzəçi təyin olunacaq.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, bununla bağlı qərar ötən həftə Parisdə keçirilən AŞ PA Bürosunun iclasında qərar qəbul edilib.

S. Seyidov qeyd edib ki, Azərbaycanın məqsədi Ermənistana qarşı qəti sanksiyanın tətbiq olunmasıdır: "Çünki elə bir dövrdür ki, artıq sanksiyaların tətbiqi gündəmdədir və müxtəlif dövlətlərə tətbiq olunur. Bütün bu baş verənlərdən, xüsusilə azyaşlı uşağın girov götürülməsindən sonra Ermənistana niyə sanksiya tətbiq olunmasın?..”

Qeyd edək ki, AŞ PA-nın payız sessiyası sentyabrın 30-da başlayacaq

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA