Məşhur aktyorun bacısı saxlanılıb - Keçmiş ərinin sevgilisini döyüb

img

22-10-2025 [17:08]


Məşhur aktyor Kıvanç Tatlıtuğun bacısı Melisa Dilarə Tatlıtuğ həbs olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, keçmiş həyat yoldaşının sevgilisinə hücum edəərək, onu döyüb.

Məlumata görə, bu səbəbdən haqqında şikayət olunub: "Lakin Tatlıtuğ polisin çağırşlarına məhəl qoymayıb. Nəhayət, bu gün səhər onu saxlayıblar"

Xəbər Melisa Dilarə Tatlıtuğun vəkili İbrahim Halil Ateş tərəfindən təsdiqlənib: "Müvəkkilimiz Dilarə Melisa Tatlıtuq haqqındakı şikayətlə bağlı bildirişləri təqib etmədiyindən zamanında etirazlar verilməyib. Bu səbəbdən prosedura səasən, qısa müddətə saxlanılıb. O, hazırda sərbəst buraxılıb".

Ləman
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA