Qalib Bayramovun məhkəməsi başlayıb
SİYASƏT
22.10.2025, 12:08
“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Mia.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Qalib Bayramov elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.
Növbəti proses noyabrın 5-nə təyin edilib.
Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində polis nəzarəti altına vermə qətimkanı seçilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq
Bugün, 11:31 İQTİSADİYYAT
-
Kürdəmirdə magistral su borusu partlayıb - Rayon mərkəzi və 6 kənd susuz qalıb
Bugün, 11:24 CƏMİYYƏT
-
Türkiyədə qalmaqallı fond araşdırması davam edir - Keçmiş deputat da tutulub
Bugün, 11:15 DÜNYA
-
Əli Əsədov daha bir qərar imzalayıb
Bugün, 11:09 İQTİSADİYYAT
-
Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqləndi
Bugün, 11:02 GÜNDƏM
-
Naxçıvanın Bakıdakı Daimi nümayəndəliyinin mətbuat katibi bəlli oldu - O, kimdir?
Bugün, 10:55 SİYASƏT
-
Həyatınız tamamilə dəyişəcək: Yalnız üç BÜRC üçün 6 illik yeni dövr başlayır
Bugün, 10:41 CƏMİYYƏT
-
Bakıda 2 yaşlı qız su kanalında boğulub
Bugün, 10:41 CƏMİYYƏT
-
Sahil Babayev: "Bu, dövlət maliyyə siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır"
Bugün, 10:14 İQTİSADİYYAT
-
İşini Komitədən "aşırmaq" istədi, bir milyonu "Topaz"da getdi
Bugün, 10:07 CƏMİYYƏT
-
Aqrar Sığorta Fondunda yeni təyinat olub
Bugün, 09:24 İQTİSADİYYAT
-
Azərbaycan neftinin son qiyməti açıqlandı
Bugün, 09:15 İQTİSADİYYAT
-
"Real Madrid" Almaniya komandasını da məğlub edib
Bugün, 01:26 İDMAN
-
Okan Buruk: "Bu qələbə çox mühümdür"
Bugün, 01:16 İDMAN
-
Məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb
Bugün, 00:39 CƏMİYYƏT
-
Çempionlar Liqası: "Qalatasaray" 25 il sonra Fransa komandasına qalib gəldi
Bugün, 00:16 İDMAN
-
DEPUTATIN DAHA BİR OĞLU HƏBS EDİLDİ
Bugün, 00:07 SİYASƏT
-
“İri Şəhərlərin Su Təchizatı” QSC-yə yeni sədr təyin olundu - Tahir Xəlilov da yola salındı (ÖZƏL)
Bugün, 00:05 CƏMİYYƏT
-
Parisdə keçirilən Muaytay üzrə Avropa Çempionatı - Azərbaycan idmançıları tarix yazdı
Bugün, 00:01 İDMAN
-
ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTOLAR
21.10.2026, 23:25 MƏDƏNİYYƏT
-
Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub - FOTOLAR
21.10.2026, 23:11 GÜNDƏM
-
ƏHMƏD ƏHMƏDZADƏNİN BACISI OĞLU YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİLDİ - Zakir Quliyev Mikayılovun müşaviri, Əli Əsədovun köməkçisinin isə...
21.10.2026, 20:17 CƏMİYYƏT
-
Ərdoğan İlham Əliyevə zəng edib
21.10.2026, 19:10 GÜNDƏM
-
Noyabr ayında neçə gün rəsmi iş günü olmayacaq?
21.10.2026, 18:04 GÜNDƏM
-
Məşhur aktyorların yer aldığı serial gözlənilən reytinqi toplaya bilməyib - FOTOLAR
21.10.2026, 17:49 MƏDƏNİYYƏT
-
"Bir Başkadır" serialının ikinci mövsümü... - 6 il sonra ekranlara dönür
21.10.2026, 17:20 MƏDƏNİYYƏT
-
"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradıldı - Sərəncam
21.10.2026, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
21.10.2026, 17:00 GÜNDƏM
-
Okeanın ortasındakı 46 illik günbəzin qorxunc sirri...
21.10.2026, 16:34 DÜNYA
-
Türkiyə MHK-nın yeni sədri əcnəbi oldu
21.10.2026, 16:11 İDMAN
-
Bu günün "bomba"sı: "Qalatasaray"ın hücumçusu modellə evlənir?
21.10.2026, 15:53 İDMAN
-
Türkiyənin bu şəhərində 500 məzar qazılır - Səbəb + FOTOLAR
21.10.2026, 14:50 DÜNYA
-
Jurnalist İsmayıl Arı saxlanıldı
21.10.2026, 14:32 PRESS
-
Qripə qarşı vaksinlər gətirilib
21.10.2026, 13:57 CƏMİYYƏT