"Avro-2016": - hansı komandalar uddu? - Yenilənib

img

08-09-2014 [00:42]


Bu gün "Avro-2016”nın seçmə mərhələsinin oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qrupda 8 oyun keçirilir.

İlk üç görüşdən birində Gürcüstan Tiflisdə İrlandiyaya 90-cı dəqiqədə buraxdığı qolla uduzub. 

Danimarka öz meydanında Ermənistanda uduzsa da, sonradan iki qol vuraraq qələbə qazanıb.

Şimali İrlandiya isə səfərdə əzmkar qələbə qazanıb. Britaniya təmsilçsi Macarıstanda hesabda geridə olduğu oyunda qalub gəkməyə bacarıb.
 
Mia.az xəbər verir ki, bu dəqiqələrdə  D qrupunda son dünya çempionu Almaniya  Şotlandiya ilə oynayır və almanlar 1-0 öndərirlər. Oyunun 18-ci dəqiqəsində Müller hesabı açıb. 66-da şotlandlar hesabı bərabərləşdirsələr də, bundan 4 dəqiqə sonra yenə Müller hesabdakı fərqi artırıb - 2:1. Oyunun 90+5-ci dəqiqəsi gedir. Oyun başa çatdı. Almanlar 2-1 qazandı.

Onu da qeyd edək ki, Finlandiya Farer adalarını 3-1 udub. Yunanıstan isə Rumınıyaya 0-1 hesabı ilə uduzub. Portuqliya da Albaniyaya eyni hesabla məğlub olub.

Onu da qeyd edək ki,  milli komandamız "Avro-2016”nın qrup mərhələsində ilk oyununu sentyabrın 9-da öz meydanında Bolqarıstana qarşı keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA