“Qarabağ” sürpriz edə bilər” – “Dnepr”in baş məşqçisi

img

05-09-2014 [15:26]


Dnepropetrovskın "Dnepr” klubunun baş məşqçisi Miron Markeviç "Qarabağ” da daxil olmaqla  Avropa Liqasının qrup mərhələsində rəqibləri olan komandalar barədə fikirlərini bildirib.

Qol.Az-ın "Sport-ekspress Ukrayna” qəzerinə istinadən yaydığı xəbərə görə, əvvəlcə İtaliya "İnter”i barədə danışan təcrübəli mütəxəssis deyib: "Bu komandayla oynamaq həm xoş, həm də şərəflidir. Eyni fikirləri Fransa "Sent-Etyen”i barədə də deyə bilərəm. Bu komandanın tarixi ənənəsi var. Onlar ölkə daxilində böyük uğurlar əldə edib, hətta Çempionlar Liqasının finalında oynayıb”.

"Qarabağ” haqda da fikirlərini açıqlayan Markeviç bildirib: "Belə görsənir ki, bu komanda istənilən an sürpriz edə bilər. Avropa Liqasının pley-off mərhələsində onlar "Tvente”ni mübarizədən kənarlaşdırıb. Razılaşın ki, hollandlara iki oyunun nəticəsinə görə qalib gəlmək asan deyil”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA