Ramiz Mehdiyevin 5 il 2 ay əvvəlki şantajı, yaxud bəzilərinin faktları təhrif etmək çabası...
20-10-2025 [00:05]
Düz 5 il 2 ay əvvəl, daha dəqiqi, 25 avqust 2020-ci ildə AMEA-nın rəsmi saytında o zaman bu qurumun rəhbəri olan Ramiz Mehdiyev bir qrup tanınmış şəxsi təhdid etmişdi.
Mia.az xəbər verir ki, o, haqqında əsaslı məlumatlarla onu tənqid edən Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən “Ağ partiya”nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və daha bir neçə nəfəri xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməklə hədələmişdi. https://science.gov.az/az/news/open/14080
Maraqlı burasıdır ki, ötən həftə dövlətə xəyanət ittihamı ilə ev həbsi verilən Ramiz Mehdiyevlə bağlı mövzu aktuallaşan kimi bəzi çevrələr Ramiz Mehdiyevin o vaxt yuxarıda adları qeyd edilən bəzi şəxsləri də "qaralayıblar".
Məsələn, vaxtilə Ramiz Mehdiyevi həbslə hədələdiyi hazırda deputat olan Elçin Mirzəbəylinin də adı bu günlərdə sosial mediada hallanıb.
Belə ki, Mehdiyevin onun haqqındakı təhdid və şantajdolu mesajı tamamilə məkrli və fərqli rakrusdan tirajlanıb. İddiaya görə, dalana sıxılan Mehdiyev 5 il 2 ay əvvəl dediyi kimi, bir çoxları klmi, guya onun da haqqında "kompromat" açıqlayacaq.

ELÇİN MİRZƏBƏYLİ
Halbuki, hər kəs bilir ki, Elçin Mirzəbəyli ilə PA-nin sabiq rəhbərinin ən azı 20 ildən çoxdur ulduzları barışmayıb. İkincisi, belə bir şantajın altında gizlənən kompromat olsaydı, Mehdiyev onu çoxdan, yəni ev həbsinə qədər dövriyyəyə buraxmazdımı? Varsa, niyə buraxmadı?!
Ümumiyyətlə, var ki, belə hal?!
Sözsüz ki, 87 yaşında dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmək iştaahında olan birinin əlində belə "kompromat silahı" olsaydı, onu çoxdan yayardı.
Bu yerdə yada salaq ki, Mehdiyev o vaxt bu təhdidi səsləndirəndə, Elçin Mirzəbəyli onu "Əgər belə bir komromatın varsa, yay", - deyə təhrik etdi. Lakin daşdan səs çıxdı, Mehdiyevin qapısından səs çıxmadı...
İnanmırsınızsa, E.Mirzəbəylinin bu barədə sosial media səhifəsində o vaxtkı paylaşımına diqqət edin.
"Ramiz Mehdiyev uzun illər Azərbaycan dövlətinin idarəçilik sistemində bütün müsbət yenilikləri, tərəqqini, yaradıcı təşəbbüskarlığı udan “qara dəlik” rolunu oynayıb, ölkədə etimadlı siyasi münasibətlərin formalaşmasına, çoxpartiyalı sistemin inkişafına süni maneələr yaradıb. Bunu bacarmayanda isə ölkənin siyasi sisteminin inkişafına xidmət edən bütün addımların formal xarakter daşımasına səy göstərib, islahatçı təşəbbüslərin və real addımların gözdən salınmasına, iflasa uğramasına çalışıb, sistemdənkənar “əyləc” funksiyasını yerinə yetirib.
Ramiz Mehdiyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk gündən Azərbaycan Xalq Cümhuriyyəti ilə çağdaş Azərbaycan Respublikası arasındakı hüquqi, mənəvi, ideoloji bağların qırılması, dövlətçilik ənənələrimizin bərpasında varislik prinsiplərinin sıradan çıxarılması üçün əlindən gələni əsirgəməyib.
...İllərdən bəri özü haqqında formalaşdırdığı və başdan-başa qondarma epitetlərdən ibarət olan mifin darmadağın olmasına, qurduğu saxta ideoloji və siyasi alver piramidasının yerlə bir edilməsinə dözə bilməyən Mehdiyev çıxış yolunu təhdiddə görür, kənar qüvvələrin adını manipulyativ üsullarla hallandırmaqla mesaj verir, haqqında həqiqəti deyənləri, yazanları susdurmağa çalışır. Yəni bütün ömrü boyu gördüyü işi davam etdirir. Yalnız bir fərqlə. Bütün bunlar dövlət idarəçilik sistemindən kənarda baş verir...
Son açıq təhdid xarakterli bəyanatında məni və aralarında sayğı duyduğum, illərdən bəri təməl ideoloji, siyasi baxışlarını, prinsiplərini dəyişməyən adların da yer aldığı insanları məhkəmə ilə hədələyib. Amma maraqlıdır ki, Mehdiyevin bu “qara siyahı”sında ona qarşı ən kəskin və ən ağır ittihamlarla çıxış edən şəxslərin adları yer almayıb. Adlarını sadalamayacağam, çünki prosesləri yaxından izləyənlər söhbətin kimlərdən getdiyini yaxşı bilirlər. Birbaşa konfrantasiyaya getməkdən, açıq savaşdan çəkinib. Yəni bu, Ramiz Mehdiyevin ictimai rəyə açıq şəkildə təqdim etməyə cəsarəti çatdığı “qara siyahı”dır. Edə bilmədiyi siyahı isə daha genişdir. Olsun...
Mən onsuz da 20 ildən çoxdur ki, onun “qara siyahı”sındayam. Məni boş verin...
Azərbaycan xalqına məxsus nə varsa – dilimiz, milli mədəniyyətimiz, dünyagörüşümüz, dövlətçiliyimizin ideoloji əsaslarını təşkil edən və özünü üçrəngli müqəddəs bayrağımızda ifadə edən dəyərlərimiz də Mehdiyevin “qara siyahı”sındadır.
Azərbaycan xalqının mütərəqqi düşüncəli, dövlətə və xalqa bağlı olan, milli birliyin, həmrəyliyin keşiyində dayanan, fərqli siyasi baxışlar, dünyagörüşləri arasında körpü rolunu oynayan, cəmiyyəti qütblərə parçalanmaqdan qoruyan bütün işıqlı adamları uzun illərdir ki, Ramiz Mehdiyevin qara qəzəbinə tuş gəliblər.
Və bu qara qəzəbə qara nöqtə qoymağın zamanı çoxdan çatıb!
P.S. Həmkarım, dostum Elxan Şahinoğlu Ramiz Mehdiyevdən öz məmur maaşı ilə Novxanıdakı, dəyərli milyonlarla manat olan bağı necə inşa etdirdiyini soruşub...
Bir bağ nədir ki... Nələr var, nələr... Siyahıya almağa ömür belə yetməz.
P.P.S. “Qara siyahı” önəmli deyil. Önəmli olan qara səhifələrin birdəfəlik qapanaraq tarixin arxivinə yola salınmasıdır".
Və yaxud 5-6 il əvvəl "Yeni Müsavat" qəzetində Elçin Mirzəbəylinin açıqlamasına diqqət edək (Link aşağıda təqdim olunub):
“Əli İnsanov məlum müsahibəsində Ramiz Mehdiyevi müdafiə edib, amma birlikdə ola bilməyəcəklərini açıqlayıb. Həm də bunu Mehdiyevin rusiyapərəst, özünün isə qərbpərəst olması ilə əlaqələndirib. Əslində məsələnin mahiyyətini də elə burada axtarmaq lazımdır. Bu, sadəcə, siyasi simasızlığın, ikiüzlülüyün apageyasıdır. Bu adamda siyasi əxlaq, dövlət mənafeyi, milli qürur və təəssübkeşlik hissi yoxdur. Əgər olsaydı, deyərdi ki, mən Azərbaycan dövlətinin suverenliyini, müstəqil siyasət yürütməsini hər şeydən üstün tuturam. Amma nə edir? Guya qərbpərəst olduğunu xüsusi şəkildə vurğulamaqla xarici dairələrə mesaj verir. Əslində Əli İnsanov da, Ramiz Mehdiyev də maraq ovçularıdır, siyasi yırtıcılardır. Belələrinin ideoloji prinsipləri olmur. Onlar yalnız maraqlarının təmin olunacağı istiqamətə yönəlirlər. Maraqlıdır, Avroatlantik məkana inteqrasiya tərəfdarı olduğunu iddia edən Əli İnsanovun, görəsən, Avropanın hüquqi dəyərlərindən bir anlayışı var? Səhiyyə naziri olanda vətəndaşlara qəssab psixologiyası ilə yanaşan, hər kəsi tapdalamağa, alternativ fikir söyləyənləri kəsib doğramağa hazır olan, jurnalistləri təhqir edən bu adam hansı üzlə Avroatlantik məkandan danışır? Çox güman ki, İnsanov bu sözləri deyəndə Çörçillin, Adenauerin, Şumanın, Spaakın, Qasperinin, Bevinin məzarları ”çatlayıb". İnsan siyasi baxışlarına korrektələr edə bilər, amma xarakterini dəyişə bilməz. Digər tərəfdən, həm Əli İnsanov, həm də Ramiz Mehdiyev Azərbaycanın dünənidir. Bu adamlar ölkənin siyasi münasibətlər sisteminə yeni heç nə verə bilməzlər. Bu adamlar tükəniblər və düşünçələrini də toz basıb. Azərbaycan siyasətçisi Azərbaycanpərəst olmalıdır. Bunun başqa alternativi yoxdur. Əgər hansısa siyasətçi qərbdən, şərqdən, şimaldan, cənubdan mədəd gözləyirsə, deməli, Azərbaycanın suverenliyini, milli maraqlarını başqalarının ayaqları altına atmağa hazırdır".
İndi illər əvvəl belə açıq mövqeyini ortaya qoyan adamları Ramiz Mehdiyevin vaxtilə şantaj, təhdidlə qorxutmaq cəhdlərini qabartmaq, özü də hadisə və faktları fərqli prizmadan təqdim etmək cəhdlərinə nə ad vermək olar?!
Guya ortada kompromat olması və bunun yayılacağı ilə sədaqətli insanları "qaralamaq", görəsən, hansı siyası çevrələrin məkrli maraq və planıdır ki?! Niyə ortadakı açıq faktlar təhrif olunur və ya Ramiz Mehdiyevin dili ilə "baxın ha, sizin barədə komromat var, açılacaq" mesajı verlir? Burada hansı məqsəd gizlənib?...
Söz yox ki, bu kimi şantaj mesajları E.Mirzəbəyli kimi siyasətdə bişmiş adamlara "çökməz".
Unutmayaq, o, özü də yuxarıda qeyd edilən illər əvvəlki paylaşımında açıq yazıb: "Mən onsuz da 20 ildən çoxdur ki, onun “qara siyahı”sındayam. Boş verin...".
Bəli, bəzən elə şeylər var ki, onu boş vermək mütləqdir!
E.ARAZ
MİA.AZ
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Respublika hərbi prokuroruna müavin təyin edildi - Kamran Əliyevdən yeni əmr imzaladı
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub
Bakı Su Kanal İdarəsinin rəsmisi: "Bizə dedilər ki, daha orada görəcək işiniz yoxdur" - Məhkəmədə inanılmaz iddialar səsləndi
"Bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər..." - Xəbərdarlıq
Fil turisti öldürüb
Bakıya qar yağacaq - Xəbərdarlıq
Türkiyədə servis maşını aşdı: sürücü və 9 şagird xəsarət alıb
DYP sürücülərə müraciət edib
"Cahan Holdinq"in dövlətə 7 milyondan çox borcu varmış...
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək - Şərtlər
Metronun qarşısında 51 yaşı şəxsi ayaqlarından bıçaqlayıblar
"Azvvallet"ə qadağa qoyulub - Mərkəzi Bank qərar verdi