Eldar Mahmudovun həbsi gözlənilir - İspaniya mediası keçmiş MTN rəhbərindən yazıb
19-10-2025 [10:22]
Ləğv edilmiş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun həbsi gözlənilir.
Mia.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli Feysbuk-dakı hesabında İspaniya mediasına istinadla yazı paylaşıb.
Həmin yazını olduğu kimi təqdim edirik:
"İspaniyanın "Diario de Mallorca" nəşri bildirir ki, Azərbaycanın Baş Prokurorluğu Palma şəhər məhkəməsi və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna göndərdiyi məktubda Mahmudovlar ailəsi ilə bağlı məlumatlar təqdim edib.
Qeyd olunur ki, Azərbaycan Prokurorluğunun bildirdiyinə görə, hazırda sabiq nazir Eldar Mahmudov və digər şəxslər barəsində ayrıca cinayət işi aparılır. Bu iş 2018-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəliləri ilə bağlı araşdırmadan fərqlidir.
Məlumata görə, dövlət büdcəsindən mənimsənilən 29,6 milyon avro əvvəlcə Latviyadakı banka köçürülüb, hesab Dominikan Respublikasında qeydiyyatdan keçmiş Prime Design and Patenting SA adlı offşor şirkətə məxsus olub. Şirkətin sahibi Sahib Əli oğlu Ağayev, Eldar Mahmudovun yaxın adamı hesab olunur. 2014–2015-ci illərdə həmin hesabdan vəsait Anar Mahmudovun nəzarətində olan digər offşor şirkətlərin hesablarına köçürülüb.
Sahib Ağayev 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində korrupsiya ittihamı ilə mühakimə olunub və 2020-ci il iyunun 16-da məhkum edilib. Eldar Mahmudovun digər qohumu və yaxın əməkdaşı da 10 milyondan çox manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilərək digər nazirlik əməkdaşları ilə birlikdə cəzalandırılıb.
Azərbaycan Prokurorluğu qeyd edir ki, Anar Mahmudovun əldə etdiyi 29,6 milyon avro sonradan onun və yaxın ailə üzvlərinin İspaniya, Lüksemburq, İsveçrə və digər ölkələrdəki hesablarına köçürülüb. Bu pullar daşınar və daşınmaz əmlakların alınmasına sərf olunub.
Komissiya roqatoriyası zamanı əldə edilmiş məlumatlarda göstərilib ki, Mahmudov ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində (İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq, İtaliya) 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.
Azərbaycan Baş Prokurorluğu əlavə edib ki, bu aktivlərin hamısı Eldar Mahmudovun nazir təyin olunmasından sonra, onun arvadı və uşaqlarının adına rəsmiləşdirilib. O vaxta qədər onların əhəmiyyətli gəlirləri olmayıb".
Samir
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub