Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb - Mehriban Əliyeva tədbirdə + FOTOLAR
18-10-2025 [11:53]
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı olub.
Mia.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin tədbirdə iştirak ediblər.
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov səfirliyinin inzibati ofisi barədə məlumat verib.
Bildirilib ki, səfirliyin inzibati ofisi Müqəddəs Pyotr Bazilikasına aparan əsas küçə olan Via Conciliazioneda, Vatikanın Apostol Sarayına çox yaxın bir ərazidə yerləşir. Burada Vatikana məxsus rəsmi qurumlar, eləcə də Müqəddəs Taxt-Tacda akkreditə olunmuş bir neçə səfirliyin inzibati ofisləri də yerləşir.
Diqqətə çatdırılıb ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı münasibətlər son illərdə qarşılıqlı maraqlar, hörmət və səmərəli əməkdaşlıq ruhunda yüksələn xəttlə inkişaf edir, bu işbirliyi getdikcə daha da dərinləşir və şaxələndirilir.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin çay süfrəsi arxasında ikitərəfli münasibətlərə və beynəlxalq gündəliyə aid məsələlər, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar. .
Müqəddəs Taxt-Tacın dünyada bir milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin həqiqətlərini dünya birliyinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycanın Müqəddəs Taxt-Tac yanında səfirliyinin rəsmi təsis edilməsi haqqında Qanunu imzalayıb. 2022-ci ildə İlqar Muxtarov ölkəmizin Müqəddəs Taxt-Tacda ilk rezident səfiri təyin olunub.
İlham Əliyev Slovakiyada - FOTOLAR (Yenilənib)
Çempionlar Liqası: "Qalatasaray" "Monoka" ilə "döyüş"ə gedib
Prokurorluqdan əməliyyat - DSX-nin kapitanı həbs edildi
Dövlət qulluğu ilə bağlı yeni əmr imzalanıb
Baş nazir daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Çempionlar Liqası: hansı oyun hansı kanalda? - SİYAHI
Əli Əsədov onlara vəzifə verdi - Dəyişiklik
Müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır - DETALLAR
"Samsunspor"un oyunçusunun maşını belə yandı - FOTOLAR
Sumqayıtda kirayə məznillər satışa çıxdı - Aylıq 347 manatdan
Federasiya prezidenti tutuldu - 4 milyonluq qalmaqal + TƏFƏRRÜAT
Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
Türkiyə futbolunda qumar: 37 şübhəli məhkəməyə sövq edldi
"Fənərbağça"da daha bir oyunçu heyətdən kənarlaşdırılıb
Antaliyada ard-arda zəlzələ - Professordan xəbərdarlıq
Türkiyədə daha bir zəlzələ olub - 4.9 bal gücündə
Venesuela 400 mindən çox canlı qüvvəylə ABŞ-ın hücumuna hazırlaşır - Daha 5600 yeni əsgər and içdi
NAZİRLƏR BİR ARADA: "Biz də İlham Əliyevi İranda səbirsizliklə gözləyirik" - "3+3" formatı regionda sülh üçün mühüm rol oynayır"
Zelenski planı necə oxumaya bilər? - Elxan ŞAHİNOĞLU YAZIR
Ceyhun Bayramov İran XİN başçısı ilə görüşüb - Açıqlama + FOTO
Sabah hava necə olacaq? - Açıqlama
"İndi həmin binanın birinci mərtəbəsi restorandır..." - Yazıçı Anar Zərdabinin heykəlinin yerinin dəyşilməsini istəyir
Prezident baş icraçı direktoru qəbul edib
Bərdədə 4 nəfər qidadan zəhərlənib
İranın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTO
Bakıda yeniyetmələr tutulub
İstanbulda atışma: bir polis güllələnib, kriminal şəxs öldürülüb, saxlanılanlar var
Ramiz Mehdiyevin qızı kafedra müdiri vəzifəsindən azad olunub
Ağdamda insan sümükləri tapılıb
Luvr Muzeyində su sızması - Yüzlərlə tarixi əsər zədələnib
Milli Məclisdə konfrans keçirilir
Tramp Zelenskidən inciyib, iki ölkə ilə danışıqlara başlayıb
İki gün maqnit qasırğası olacaq - Xəbərdarlıq
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır
Bir qrup ziyalı sabiq nazirin qızını məhkəməyə verir
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"