Selçuk İnan: ""Konyaspor" məğlubedilməz deyil"

img

17-10-2025 [16:56]


""Konyaspor" güclü komandadır, amma məğlubedilməz deyil"

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri 9-cu tur oyunu üçün Konyaya yollanan "Kocaelispor"un Baş məşqçisi Selçuk İnan deyib.

O, sabah çox vacib matça çıxacaqlarıı da sözlərinə əlavə edib: "Ötən oyun qazandıq, biz bu seriyanı davam etdirməkdə qərarlıyıq. Qələbəyə ehtiyacımız var. Bizim bunu qazanacaq gücümüz var. Dediyim kimi, "Konyaspor" məğlubedilməz deyil".

Xatırladaq ki, "Tümosan Konyaspor" - "Kocaelispor" sabah saat 15:30-da Medaş Konya Böyükşəhər Stadionunda oynanılacaq.

Matçın baş hakimi Kadir Sağlam olacaq.

Fərid ASLAN
MİA.AZ 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:28 17.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA