"XXI Əsrin Qadınları" bəyanat yaydı - Mətn

img

06-09-2014 [11:33]


Bəzi beynəlxalq təşkilatların Azərbaycana münasibətdə yeritdiyi ikili və qərəzli münasibətə növbəti reaksiya XXI Əsrin Qadınları İctimai Birliyindən gəlib. 

Mia.az xəbər verir ki, birliyin yaydığı bəyanatda qeyd edilir ki, Azərbaycanın son dövrlərdəki dinamik inkişafı, regionda, eləcə də dünyada nüfuz sahibi olması, bir çox nüfuzlu beynəlxalq təşkilat və konvensiyalara qoşulması böyük əksəriyyəti sevindirir: "Bundan əlavə, iqtisadi və sosial infrastrukturun inkişafı, söz və insan hüquqları istiqamətində nəzərəçarpacaq irəliləyiş ölkəmizin necə böyük potensialı olmasından xəbər verən nüanslardır”.  

Bəyanatda daha sonra qeyd edilir: "Bu kimi müsbət hallara baxmayaraq bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqe sərgiləməkdə davam edirlər. Belə təşkilatlar sanki yalnız Azərbaycanı tənqid etmək üçün yaradılıblar və nizamnamələrində yalnız ölkəmizlə bağlı müddəlar yer alıb. Təşkilata üzv olan digər ölkələrdə baş verənləri görməzlikdən gələrək yalnız Azərbaycana hücuma keçiblər. Qonşu Gürcüstanda 98 siyasi məhbusun siyahısının işıq üzü görməsindən sonra da bu ölkə hakimiyyətinə heç bir təpki göstərməyən təşkilatlar siyasi məhbuslarla bağlı Azərbaycandakı bəzi "hüquq müdafiəçilərinin” qondarma siyahısına əsaslanaraq ölkəmizə ciddi-cəhdlə hücuma keçirlər, konfranslarda ölkəmizin adını mənfi istiqamətdə hallandırırlar. Bunun adı ikili standart deyilsə, bəs nədir?”.  

XXI Əsrin Qadınları İctimai Birliyi deyilənləri nəzərə alaraq bir çox beynəlxalq təşkilatları ədalətli və qərəzsiz olmağa səsləyir.    


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA