ALP Ramil Usubova çağırış etdi: "Dərhal geri götürməsi..."

img

05-09-2014 [15:57]


Azərbaycan Liberal Partiyasının bəyanatı Azərbaycan iqtidarının söz azadlığına, insan haqlarına qarşı "səlib yürüşü" davam etməkdədir.

Mia.az xəbər verir ki, bu barədə ALP-nin yaydığı bəyanatda bildirilib. Bəyanatda o da deyilir ki, Azərbaycan Ziyalıalr Birliyinin sədri Eldəniz Quliyev polis işçilərinin fəaliyyətini təhlil edib, mənfi qiymətləndirdiyinə və onun islah olunması zərurətini bildirdiyinə görə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov tərəfindən məhkəməyə verilib: "Sağlam tənqidə görə ziyalını məhkəməyə vermək məntiqsizlik və dözümsüzlük etalonudur. Azərbaycan Liberal Partiyası hesab edir ki, dövlət orqanlarının və məmurlarının tənqidinə görə vətəndaşın məhkəməyə verilməsi heç bir halda qəbuldeilməz sayıla bilməz və iqtidarın zəifliyinin və özünə inamsızlığının bariz nümunəsidir. ALP Eldəniz Quliyevin məhkəməyə verilməsidən ciddi narahatdır və Azərbaycan rəhbərliyini daxili işlər naziri R. Usubovun şikayətini dərhal geri götürməsi üçün ona təsir edilməsinə çağırır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA